Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Əliyevdən İrəvana tarixi zərbə
Əli Əsədov İrana getdi
Ukrayna dronları Belqorodu vurdu
Rusiya 174 təşkilatı terrorçu siyahısına əlavə etdi
Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa edildi
Keyt Kelloq Ukraynaya gedir
Nazirlik əməkdaşı intihar etdi
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
Zelenski Əbu-Dabidə...


22.09.2017  15:12 

Hərbçilər niyə ictimai nəqliyyatdan pulsuz istifadə edə bilmir?





A+  A-

Hazırda Azərbaycan müharibə şəraitində olan dövlətdir. Bu baxımdan son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Eyni zamanda dövlətin silahlı qüvvələrdə çalışanlara da qayğısı məlumdur. Lakin maraqlıdır ki, bu gün ölkədə hərbçilər üçün müəyyən güzəştlər nəzərdə tutulmayıb.
Məsələn, bəzi dövlət orqanlarının əməkdaşları, əsasən polislər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər.

Hərbçilər üçün də bu cür güzəştlərin nəzərdə tutulması mümkündürmü?

Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc danışıb.

O bildirib ki, hüquq-mühafizə orqanları sistemində polisin əlahiddə yeri var.

“Çünki onlar ictimai asayişin qorunmasında, kriminogen durumun sabit saxlanmasında, cinayətkarlığa qarşı mübarizədə çox böyük missiyanı həyata keçirirlər. Dünyada da daxili işlər orqanlarının işçilərinə müxtəlif xarakterli imtiyazlar verilir. Lakin bu, təkcə ictimai nəqliyyatdan pulsuz istifadəni nəzərdə tutmamalıdır. Hesab edirəm ki, digər sahələrdə də onlar üçün bu cür güzəştlərin nəzərdə tutulması ümumən vətəndaşların sabit şəraitdə yaşamasına yalnız müsbət təsir göstərə bilər. Bu gün Amerikada da polis orqanlarında çalışanların işi şərəfli hesab edilir və onlara müxtəlif hüquqlar, səlahiyyətlər, təminatlar verilir. Bu baxımdan polis orqanları ilə bağlı seçilmiş qərar yerindədir və o cümlədən sığorta sistemlərinin formalaşmasında, digər istiqamətlərdə onlara dövlət tərəfindən əlavə vəsaitlər ayrıla bilər. Bu halda biz öz təhlükəsizliyimizə yardım etmiş oluruq. Əlbəttə, eyni düşüncənin haqlı olaraq silahlı qüvvələr üçün də müəyyənləşdirilməsini istəmək olar”.

Bu məsələləri kompleks halda həll etmək lazımdır

Deputat qeyd edib ki, hərbçilərə güzəştlərin tətbiq edilmə istəyi olsa da, buna mane ola biləcək amillər mövcuddur:

“Şübhəsiz, əsgər və zabitlərimiz ölkəmiz əleyhinə olan qüvvələri bilavasitə səngərlərdə qarşılayırlar, onların həyatları hər zaman təhlükə qarşısındadır.

Əslində onların da bir sıra müvafiq hüquqları və sosial təminatları mövcuddur. Amma hərbçilərə güzəştlərin tətbiq edilməsi ilə bağlı qərara qarşı bir neçə müddəalar səslənə bilər. Əgər polis orqanlarında çalışanlar 20 min civarındadırlarsa, silahlı qüvvələrdə fəaliyyət göstərənlərin sayı hər halda 150 minin üzərindədir. Bu, kifayət qədər böyük rəqəmdir. İctimai nəqliyyatın bir sıra sahələri demək olar ki, özəldir. Bu qaydaları onlara tam tətbiq etdikdə hansı mənzərə yaranacaq? Bütün bu məsələləri kompleks halda həll etmək lazımdır”.

Güzəştlərin tətbiqi dövlət qurumları ilə özəl qurumların əməkdaşlığına bağlıdır

Z.Oruc düşünür ki, bu istiqamətdə elə addımlar atmaq lazımdır ki, digər sistemlərin fəaliyyətini sıradan çıxarmasın:

“Hərbçilər həyatlarını bu peşəyə həsr edirlərsə, bu halda istər-istəməz biznes fəaliyyətindən, əlavə gəlir mənbələrindən də məhrum olurlar. Yeri gəlmişkən, hərbçilərin, hətta mənzillə təmin olunması üçün dünyada başqa alternativ mənbələr yaradılıb. Müxtəlif ödənişlər müəyyənləşdiriblər ki, orada çalışanlar həmçinin vəsaitlərdən istifadə etsinlər. Əks halda yalnız onların maaşı hesabına yüksək təminatlara layiq görülmək olmur.
Biz hərbçilərə güzəştlərin tətbiq edilməsi fikrinin tərəfdarı olsaq da, bu məsələ bütün müvafiq hökumət strukturları, özəl sektor nümayəndələri ilə birgə müzakirə edilməlidir. Hər halda məsələ dövlət qurumları ilə özəl qurumların əməkdaşlığına bağlıdır”.

(modern.az)

Xəbər 1644 dəfə oxunub.



17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə

17.02.2025  19:04 

Ölüm, gəl, tanış olaq!

17.02.2025  18:44 

Əli Əsədov İrana getdi

17.02.2025  18:25 

Ukrayna dronları Belqorodu vurdu

17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir

17.02.2025  17:07 

Nazirlik əməkdaşı intihar etdi

17.02.2025  16:33 

Zelenski Əbu-Dabidə...

17.02.2025  15:28 

İranlı spiker Bakıya GƏLİR

17.02.2025  15:18 

“Fedya” vəfat etdi

17.02.2025  14:41 

ADY-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +