Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ


19.06.2017  12:27 

Maşının motorundan 7 kiloqram qızıl külçə çıxdı





A+  A-

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi “Toyoto Prado” markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı avtomobilin motorxanasında - avtomobilin akkumulyator olan hissəsində fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Bundan sonra avtomobilə əsaslı baxış keçirilib və Cəfərov Vidadi Feyzulla oğlundan onun idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olub-olmaması soruşulub. O isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən heç bir predmetin olmadığını bildirib. Minik avtomobilinin yoxlanması zamanı isə avtomobilin motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, akkumulyatorun metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.

Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 058,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1449 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +