“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


23.12.2024  16:09 

“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...





A+  A-

"Lukoyl Azərbaycan"a məxsus yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatılması iddiası var. Xəzər TV-in bu barədə videosu video sosial şəbəkələrdə geniş yayılıb

Süjetdə avtomobil ustası eyni problemlə təmirə gətirilən 2 avtomobilin çənindən çıxan benzinin tərkibinə su qatıldığını nüçayiş etdirib. Avtomobil Sürücüsü benzinin "Lukoyl Azərbaycan"a məxsus olduğunu deyib.

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, belə qatqılara daha çox dizel yanacağında rast gəlinir:

“Ümumiyyətlə, "neft" sözünün hərfi tərcüməsi yağ deməkdir. Yağ isə su ilə qarışmır. Bu mümkün deyil. Yəni su benzin, yaxud dizellə qarışdırılıb mühərrikə düşərsə, “qluşitel”də tez-tez partlayış səsləri eşidilir. Bu isə konverzasiya nəticəsində əmələ gəlmiş su molekullarının partlaması və çıxmasıdır. Lakin yanacağa sudan savayı başqa qatqıların qatılması mümkündür. Bunu əsasən, ən çox dizeldə edirlər. Dizelin içərisinə işlənmiş yağları belə qata bilirlər”.

Ekspertin fikrincə, sürücülər belə hallarda mütləq məhkəməyə müraciət etməlidir:

“Mən sadəcə bir şeyi başa düşmürəm ki, bu əməllərə əl atan adamlarla bağlı niyə məhkəməyə müraciət edilmirlər? Sürücülər belə hallarla qarşılaşan zaman mütləq şəkildə şikayət ərizəsi verməlidir. Əgər bu kimi hər hansı bir faktda yanacaqdoldurma məntəqəsi təxminən 10 min manat təzminat ödəsə, digərlərinə də dərs olar.

İstehlakçıların hüquqları ilə bağlı bu kimi hallarda istər İnzibati Xətalar, istərsə də Cinayət Məcəlləsində maddələr var. Nəzərə çatdırım ki, yanacağa qatqıların qatılması nəqliyyat vasitələrində ciddi problemlərə səbəb olur”.



Xəbər 2481 dəfə oxunub.



17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +