Bakıda ayı əti satılır? - VİDEO
Vüsalə Səid yeni vəzifəyə təyin OLUNDU
Cavid Kəngərli vəzifəsindən azad edildi
Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur - Putin
Prokuror Tofiq Yaqubluya cəza istədi: 10 il
“Talassemiya işi”nə görə məhkəməyə çağırılacaqlar
99-AF-009 nömrəli “Rolls Royce“ hərraca çıxarıldı
Bu yol əsaslı təmir olunacaq - Sərəncam
Rusiya Xersonda ambulansı vurdu
Məşhur müğənni 25 milyonluq evini satır


17.02.2025  16:47 

Paytaxtın nəqliyyat CƏHƏNNƏMİ - Kimdir günahkar?





A+  A-

Bakıda yol-nəqliyyat problemləri həll olunmaq əvəzinə daha da dərinləşir. Buna səbəb isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sistemsiz və məntiqsiz qərarlarıdır. Paytaxtın Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yolayrıcı aylardır bağlı qalsa da, bu müddət ərzində problemin həlli istiqamətində heç bir addım atılmayıb.

XəzərNews.az xəbər verir ki, Yenicag.az-ın məlumatına görə, orada yerləşən işıqfor artıq funksionallığını itirsə də, AYNA onu saxlamaq üçün qeyri-ciddi bir üsula əl atıb – həmin ərazidə əlavə piyada keçidi zolağı çəkilib. Halbuki, cəmi 20 metr məsafədə piyadalar üçün keçid mövcuddur. Şəhərin bir çox nöqtələrində piyadalar təhlükəsiz keçid tapmadığı halda burada süni şəkildə ikinci keçid yaradılması, sözün əsl mənasında, məntiqsizdir. Bu addımın yeganə məqsədi isə həmin işıqforu orada saxlamaqdır.

Yeri gəlmişkən, onu da bildirək ki, bu yol əvvəllər sürücülər üçün önəmli keçid nöqtəsi olub. Belə ki, əvvəllər Əziz Əliyev küçəsindən Neftçilər prospektinə birbaşa çıxış mümkün olduğu üçün nəqliyyat rahat hərəkət edirdi. Lakin yol bağlandıqdan sonra sürücülər məcbur olub alternativ yollardan istifadə edirlər. Nəticədə isə Neftçilər prospektinə əlavə nəqliyyat axını yaranıb ki, bu da günün istənilən saatında uzun tıxaclara səbəb olur.

Ən böyük problem isə AYNA-nın bu vəziyyəti həll etmək yerinə, daha da ağırlaşdırmasıdır. Çünki qurum Bakının yol infrastrukturunu tənzimləmək əvəzinə, vəziyyəti qeyri-peşəkar qərarlarla xaosa sürükləyir.

Onu da deyək ki, AYNA-nın sistemsiz yanaşması yalnız bu yolla məhdudlaşmır. Bakıda taksilər üçün xüsusi zolaqlar yaradılmadığına görə sürücülər məcbur olub sərnişinləri təyinat nöqtəsindən uzaqda düşürməyə çalışırlar. Bu da yol kənarında nizamsız dayanmalara, həmçinin paytaxtın əsas küçə və prospektlərində süni sıxlığa səbəb olur. Əgər AYNA bu problemi həll etmək istəsə, dünya təcrübəsinə uyğun olaraq paytaxtın əsas yollarında taksi zolaqları təşkil edərdi. Lakin görünən odur ki, qurum vəziyyəti düzəltmək əvəzinə, sürücüləri çətin vəziyyətə salmağa davam edir.

Bundan əlavə, AYNA həmçinin sözügedən ərazidə yerləşən avtobus yollarında da xaotik vəziyyət yaradıb. Daha dəqiq desək, Neftçilər prospektinin üzü Bayıl istiqamətinə gedən tərəfi – Qız qalası tərəfdən gələn avtobus zolağı ləğv edilsə də, Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən üzü 8 Noyabr prospekti istiqamətində gələn avtobus zolağı saxlanılıb. Bu isə Niyazi küçəsi və Bayıl istiqamətindən gələn avtomobillərin sıxlıq yaşamasına səbəb olur. Həm işıqforun lazımsız şəkildə saxlanılması, həm də avtobus zolaqlarında yarımçıq və sistemsiz dəyişikliklər yollarda xaosa gətirib çıxarır.

Qısacası, AYNA-nın düşünülməmiş qərarları Bakının əsas yollarında vəziyyəti çıxılmaz hala salıb. Əvəzində isə nə yeni həll yolları təqdim edilir, nə də mövcud problemlərin aradan qaldırılması üçün effektiv addımlar atılır. Sırf bu qurumun başdansovdu fəaliyyətinin nəticəsidir ki, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti tamamilə tormozlanıb, yollar tıxac içindədir və vətəndaşlar hər gün bu vəziyyətin əziyyətini çəkirlər.

Qurumun əsas vəzifəsi şəhər yollarında hərəkəti rahatlaşdırmaq olsa da, görünən odur ki, AYNA prosesə tam tərsinə yanaşır. Məntiqsiz qərarlar, sistemsiz planlaşdırma və uğursuz yol siyasəti paytaxtı nəqliyyat cəhənnəminə çevirib. Əgər bu yanaşma bir müddət də davam edərsə, Bakıda nəqliyyatın vəziyyətinin daha da acınacaqlı hala düşəcəyini kimsə istisna etmir.

Xəbər 474 dəfə oxunub.




20.02.2025  10:00 

Görünməyən qorxu

19.02.2025  17:39 

Millimiz Qazaxıstana qalib gəldi

19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı

19.02.2025  17:22 

Rusiya Xersonda ambulansı vurdu

19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?

19.02.2025  16:43 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +