Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib


26.09.2019  09:34 

Azərbaycanda boşanmalarla bağlı diqqətçəkən statistika





A+  A-

Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib.
XəzərNews.az-ın Trend-ə istinadən araşdırmasa görə, 2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb.

Boşananlarının 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib.

Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.

Ötən il boşanan kişilərin 1-nin yaşı 18, 4-nün yaşı 19 olub.

Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 141 nəfər olub.

Ümumilikdə, 2018-ci ildə boşanan kişilərin 589-u 20-24 yaşlı, 2865-i 25-29 yaşlı, 3716-ı 30-34, 2751-i 35-39 yaşlı, 1790-ı 40-44 yaşlı, 1204-ü 45-49 yaşlı, 872-si 50-54 yaşlı, 560-ı 55-59 yaşlı, 462-i 60 və yuxarı yaşlı olub.

Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 2025 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub.

5-9 illik nikahlarından sonra boşanan kişilər arasında isə 30-34 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1714 kişi boşanıb.

Nikahları 10-19 il davam etdikdən sonra boşanan kişilər arasında 35-39 yaşlılar çox olub. 2018-ci ildə 1246 nəfər 35-39 yaşlı kişi boşanıb.

Nikahları 20 il və daha çox davam edən kişilər arasında isə 50-54 yaşlılar üstünlük təşkil edib. Keçən il 536 kişi 20 il və daha çox davam edən nikahına son qoyub.

Ümumilikdə, 2016-cı ildə boşanan 14857 qadının 39-u 18 yaşlı, 141- i 19 yaşlı, 338 nəfəri 20-24 yaşlı, 3958 nəfəri 25-29 yaşlı, 3161 nəfəri 30-34 yaşlı, 1970 nəfəri 35-39 yaşlı, 1212 nəfəri 40-44 yaşlı, 829 nəfəri 45-49 yaşlı, 586 nəfəri 50-54 yaşlı, 390 nəfəri 55-59 yaşlı, 215-i 60 və yuxarı yaşda olanlardır.

Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan qadınlar arasında 20-24 yaşlılar üstünlük təşkil edib. Ötən il 1924 nəfər 20-24 yaşlı qadın 5 ilədək davam edən nikahını ləğv etdirib.

Nikahları 5-9 il davam edən qadınlar arasında isə 25-29 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1919 qadın boşanıb.

Nikahları 10-19 il davam edən qadınlar arasında isə 30-34 yaşlılar çox olub. 2018-ci ildə 1254 nəfər 35-39 yaşlı qadın boşanıb.

Nikahları 20 il və daha çox davam edən qadınlar arasında isə 45-49 yaşlılar üstünlük təşkil edib. Keçən il 495 qadın 20 il və daha çox davam edən nikahına son qoyub.

Xəbər 1149 dəfə oxunub.




01.07.2024  08:31 

Bu yollarda tıxac var -Siyahı

29.06.2024  13:23 

“Ölü leyləklər”- (hekayə)

29.06.2024  13:04 

Sabahın havası AÇIQLANDI

29.06.2024  10:40 

Xatun gözəllikdən yazdı

28.06.2024  18:16 

Nəsrin Cavadzadə Bakıda -Fotolar

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı


BÜTÜN XƏBƏRLƏR +