Zelenski Keyt Kelloqla görüşdü
Zaqatalada yaşıllıqlara məmurlar məhv edib
Amerikalı siyasətçilər Trampa qarşı...
Ruslar Konstantinovkaya hücum etdi
“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır
Xəzər dənizində rus kapitan xilas edildi
Jurnalist Nurlan Libre həbs edildi
Trampın oğlu Zelenskinin həbsinin vacibliyini bəyan edib?
Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı


17.02.2025  12:28 

Azərbaycanın qalmaqallı DİPLOMATLARI





A+  A-

Ötən həftə media Azərbaycan Respublikasının Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimovun həbs edilmə xəbərini yaymaqla diplomatiya sahəsində çalışmış şəxsin adını gündəmə gətirdi.

Qeyd edək ki, R.İbrahimov Londonun Çeşir rayonundakı reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Məhkəmə R.İbrahimovu 16 ay şərti cəza ilə iki il sınaq müddəti, 20 günlük reabilitasiya proqramı və 200 saat ictimai işlə cəzalandırıb. O, 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil ediləcək.

Hazırda 60 yaşında olan Rafael İbrahimov 1993-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) işə başlayıb. 1993-cü ilin iyun ayından 1994-cü ilin aprel ayına qədər XİN-də beynəlxalq iqtisadi inteqrasiya təşkilatları üzrə katib vəzifəsində çalışıb. 1994-cü ilin aprelindən 2001-ci ilin may ayına qədər Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi və Konsulluq şöbəsinin müdiri olub.



25 may 2001-ci ildə ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Rafael İbrahimov 25 may 2001-ci il tarixindən 20 avqust 2007-ci il tarixinə kimi Azərbaycanın Böyük Britaniyadakı səfiri vəzifəsində işləyib. Eyni zamanda o, Azərbaycanın Norveçdə (19 oktyabr 2002 – 12 avqust 2013), İrlandiyada (19 oktyabr 2002 – 20 avqust 2007), İsveçdə (19 oktyabr 2002 – 12 avqust 2013) səfiri olub.

Rafael İbrahimov Azərbaycanın Finlandiyadakı səfiri (4 iyul 2008 – 12 avqust 2013) vəzifəsini də tutub. O, Azərbaycanın Finlandiyadakı səfiri olmaqla yanaşı, eyni zamanda baş ofisi Stokholmda yerləşən Azərbaycanın İsveçdəki səfiri vəzifəsində çalışıb.

Ərəb, fransız, ingilis və rus dillərini bilən Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmayaraq, Britaniyada qalıb və o zamandan etibarən Londonda yaşayır.

Modern.az-ın məlumatına görə, bu, azərbaycanlı diplomatlarla bağlı ilk səs-küylü hadisə deyil. Ölkə ictimiyyəti daha əvvəllər də diplomatlarla bağlı müxtəlif qalmaqallara şahidlik edib.

Vaxtilə Azərbaycanı Avropadakı beynəlxalq təşkilatlarda təmsil etmiş Arif Məmmədov “qalmaqallı diplomatlar” siyahısında yer alır.



Arif Məmmədov 1983–1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb.

O, 2015-ci iln may ayında Bakıda yaşayış binanın yanmasından sonra Facebook-da yazdığı statusla gündəmə gəlmiş, məmurları sərt şəkildə ittiham etmişdi.

2015-ci ilin sentyabrında vəifəsindən kənarlaşdırlan Arif Məmmədov daha sonra Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilmiş, dövlətə külli miqdarda ziyan vrumaqda, büdcə vəsaitlərinin qanunusuz istifadəsində ittiham olunmuş və ona qarşı cinayət işi açılmışıdı.

Vəzifədən kənarlaşdırıldıqdan sonra Arif Məmmədov Belçika Krallığından siyasi sığınacaq alıb.

2016-cı ilin sentyabrında Strasburq şəhərində Azərbaycandan olan mühacirlərin bir qrupu AND adlı ictimai-siyasi təşkilat yaratdıqlarını elan etdilər. Onların sırasında keçmiş diplomat Arif Məmmədov da vardı. A.Məmmədov 2019-cu ilin mayın 22-də AND hərəkatının həmsədr vəzifəsindən və hərəkatdan istefa verib.



Adı ətrafında böyük səs-küy yaranmış keçmiş diplomatlardan biri də Eldar Həsənovdur.

Eldar Həsənov 1977-ci ildən daxili işlər orqanlarında çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.

Eldar Həsənov 2001-ci ildən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Bakıda tutulub, avqustun 17-də isə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edilib. Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənova məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. 2023-cü il oktyabrın 17-də Ali Məhkəmə Eldar Həsənovun cəza hökmünü dəyişməz saxlayıb. Eldar Həsənov Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanır.



Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışarkən həbs edilib.

Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Faiq Bağırov 2005-2010-cu illərdə Misir Ərəb Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, 2010-2017-ci illərdə isə Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfir olub. Faiq Bağırov 2018-2020-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışıb.



Azərbaycanın Misirdəki Səfirliyində müşavir vəzifəsində çalışmış Ramiz Vəliyev də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən sabiq diplomatlar siyahısında yer alır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilinib. R.Vəliyevin diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğu bildirilir.

Sabiq diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.



Bu günlərdə Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynlinin də adı “qalmaqallı diplomat” kimi gündəmə gəlib. Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün onun diplomatik fəaliyyətinə xitam verilib.

Rəhman Şahhüseynli mətbuata açıqlamasında keçmiş həyat yoldaşı ilə övladına görə problem yaşadığını və qarşı tərəfin yazdığı çoxsaylı şikayətlər əsasında işdən çıxarıldığını deyib.

R.Şahhüseynli 2019-cu ildə 1-ci katib vəzifəsi ilə XİN-də diplomatik xidmətə başlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub. Hazırda, elmi-pedoqoji fəaliyyətlə məşğuldur.



Xəbər 1018 dəfə oxunub.




20.02.2025  19:43 

Türkiyə və LƏZGİLƏR

20.02.2025  19:33 

Zelenski Keyt Kelloqla görüşdü

20.02.2025  17:55 

Jurnalist Nurlan Libre həbs edildi

20.02.2025  16:52 

Məşhur aktrisa boşandı

20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu


BÜTÜN XƏBƏRLƏR +