İntizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb
Rusiyadan Qarabağa hərbi təyinatlı yüklər danışıb
Restoranın qarşısında qəza: İşıqfor aşdı
41 min dollarlıq dələduzluq edən şəxslər SAXLANILDI
Sabah hava necə olacaq?
Miri Yusifin prodüserini hədələyən şəxs SAXLANILDI
İranın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi: Məhkəmə başlayır
Avtomobil mopedlə toqquşdu: Ölən var
Azərbaycanda ögey ana bacı-qardaşı evdən qovub?


22.11.2017  13:37 

Manatla bağlı bədbin proqnoz





A+  A-

"Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də son 1 ayda rus pulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib. Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib".
XəzərNews.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da dolayı təsir edir.

"Söhbət həm iqtisadi və həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2.05 milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin ¼-ni formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir", - deyə V.Bayramov qeyd edir.

Mütəxəssis hesab edir ki, qonşularımızda milli valyutaların dəyərsizləşməsi prosesi davam edirsə bu həmin ölkələr ilə qeyri-neft ixracatımıza təsirsiz ötüşməyəcək: "Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək ki, bu da qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər. Bütün bunlar fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir.

Bu dövlət və yerli müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması o cümlədən FED-in qərarı kimi xarici faktorlar ilə əlaqədardır. Buna görə də, qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır".

Xəbər 1771 dəfə oxunub.




25.01.2025  12:57 

Sabah hava necə olacaq?

25.01.2025  00:52 

Qurban Qurbanov AFFA-dan ayrılır?

24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB


BÜTÜN XƏBƏRLƏR +