04.04.2017 10:41
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
2017/2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına test imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi"nin verilməsini başlanıb.
XəzərNews.az-ın xəbərinə görə, bunun üçün bakalavrlar "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhifəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçiriləcək. İmtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlədən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaq. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Birinci mərhələdə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 13080 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11816-sı Azərbaycan, 1264-ü isə Rus dili bölməsinin məzunudur.
Xəbər 1628 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|