Vəfat edən əsgərlə bağlı RƏSMİ AÇIQLAMA
Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


06.09.2018  22:53 

Arxitektura Komitəsi Xəzəri “oliqarxların həbsxanası”ndan azad edəcək





A+  A-

İllərdir ki, Ana Xəzər oliqarxların “həbsxanasındadır”. Hətta bu barədə dəfələrlə səsləndirilən iradlara, göstərişlərə də məhəl qoyulmayıb.
Bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-nında monitorinq keçirilib.

Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Hər rayon üzrə konkret neçə hal aşkarlanmasına gəlincə, Komitə bunu açıqlamayıb...

Ötən illər ərzində parlamentdə də dəfələrlə müzakirə edilən məsələnin həllinə ümidlər artmaq üzrədir. Buna səbəb isə prezident İlham Əliyevin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanla Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsidir.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

XəzərNews.az xəbər verir ki, hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, artıq yeni səlahiyyətlər əldə edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xəzərin hasarlanması məsələsinə xüsusi diqqət ayırıb. Komitə tərəfindən yaradılan xüsusi komissiya hazırda məsələ ilə ciddi şəkildə məşğuldur.

Belə ki, hazırda Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması halları müəyyənləşdirilir. Bu səbəbdən də həmin hasarların sahibi olan oliqarxlar, məmurlar təşviş içərisindədir.

Mənbə eyni zamanda qeyd edir ki, Komitənin yeni rəhbərliyi problemin həll ediləcəyinə dair ölkə rəhbərliyi qarşısında öhdəlik götürüb.

Xəbər 1460 dəfə oxunub.




15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +