Rusiyanın axtardığı keçmiş hakim Bakıda SAXLANILDI
Daha bir klinikada ÖLÜM
115 azərbaycanlı Almaniyadan readmissiya olunacaq
“TRT” Zəngəzur dəhlizi ilə bağlı xəritə yaydı: İrəvan qarışdı
Həmin sürücü maşının şüşələrini özü qırıb
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür?
Yanvarın 29-da Azərbaycanda iş olmayacaq
Bu ərazilərdə ev tikən şəxslərə torpaq sahələri VERİLİR?
Məscidə silahla gedən şəxs həbs edildi
14 minlik dələduzluq - Saxlanılan var


16.01.2025  19:02 

Adı 1 milyonluq dələduzluq işində keçən Mircəlal Kazımi...





A+  A-

Məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində "Urmedhelp" və "My Doc Tour" şirkətlərinin sahibi Nuridə Seyidova və digər iki şəxsin - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İttihama görə, bu şəxslər qan xərçəngi və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların valideynlərinin etibarından sui-istifadə edərək, müalicə üçün vəsaiti mənimsəyiblər. Zərərçəkmişlərin ifadələrinə görə, ümumilikdə söhbət 1 milyon manatdan çox müalicə pulundan gedir. Pulların mənimsənilməsi nəticəsində müalicəsizlikdən ölən körpələrin olduğu da bildirilir.

Zərərçəkmişlərin ifadələrində tanınmış həkim Mircəlal Kazıminin də adı keçir. Belə ki, zərərçəkmiş Kamil Əhmədov məhz onun tövsiyəsi ilə adıçəkilən qadınlarla əlaqə saxladığını, lakin ödənişi geri ala bilmədiyini bildirib. Əhmədovun sözlərinə görə, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir. Zaur Baxşəliyevin verilişinə çıxandan sonra müalicə olunub:

““Gömrük” hospitalda Mircəlal Kazımi həkimlə görüşdük. Yoxladıqdan sonra dedi ki, qaraciyərin transplantasiyası lazımdır, 46 min manat xərci var. Buna pulumuz çatmadı. Bir qədər sonra Mircəlal həkim mənə dedi ki, bir xanım var, bu işlərin xeyriyyəçiliyilə məşğul olur. Telefonu alıb Aysel xanımla danışdım. Dedi ki, xərcin yarısını, 23 min manatını ödəməlisiz. Mən də razılaşdım, pulu düzəltdim, apardım. Bu proseslərə gedən zaman yoldaşımın səhhəti pisləşdi. Tez-tez komaya düşürdü. Hər dəfə 1500 manat xərcim çıxırdı. Gördüm ki, bir iş görmürlər, pulumu istədim. Dedilər ki, pulu bir aya qaytara bilərlər. Həmin vaxtdan pulu "bu gün, sabaha verəcəm" dedilər. Aysel xanım məni Nuridə ilə əlaqələndirdi. O da dedi ki, bunların rəisi mənəm, pulu qaytaracam. Amma yenə qaytarmadılar. Sonradan eşitdim ki, həbs olunublar. Ayselin dayısı pulun 10 min manatını ödəyib, qalan pulu da tələb edirəm. Mən Ayseli tanıyıram, pulu da ondan tələb edirəm”.

Təqsirləndirilən Aysel Məmmədova deyib ki, zərərçəkmişdən aldığı 23 min manatı Nuridə Seyidovaya çatdırmaq üçün həmin gün axşam onun sürücüsü Füzuliyə verib.
Lakin Nuridə Seyidova bu məbləğin ona çatmadığını deyib.

Zərərçəkmiş Kamil Əhmədov Mircəlal Kazımin qadınları ona xeyriyyəçi kimi təqdim etdiyini də vurğulayıb:

“Mən sonradan Mircəlal həkimə dedim ki, doktor, bu şəxslər pulu kassaya ödəmədilər. O da dedi ki, proses belədir, onlar pulu hospitalın hesabına ödəyəcək”.

Məsələ ilə bağlı Mircəlal Kazimi ilə əlaqə saxladıq. O Bakupost.az-ın sualına cavab olaraq, bu mövzudan xəbərsiz olduğunu bildirdi:

“Mənim məlumatım yoxdur, bu barədə nəsə deyə bilmərəm".






Xəbər 1991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.01.2025  17:58 

Daha bir klinikada ÖLÜM

27.01.2025  15:46 

Bakıda 276 min manatlıq OĞURLUQ

27.01.2025  13:40 

Sabah hava necə olacaq?

27.01.2025  12:49 

Sabiq hakim azadlığa BURAXILDI

27.01.2025  12:36 

Prezident Lukaşenkoya zəng etdi

27.01.2025  10:56 

Bakıda ət bir az da BAHALAŞDI

27.01.2025  10:12 

Bugün İslam aləmində BAYRAMDIR


BÜTÜN XƏBƏRLƏR +