AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.02.2024  18:08 

Rektora ittiham: “Niyə oğurluğa göz yumursuz?“





A+  A-

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayevin elmi dərəcə almaq üçün müdafiə etdiyi dissertasiya işi oğurlanaraq, İqtisad Universitetinin magistri Elməddin Əhədzadənin adından magistr işi kimi qeydə alınıb. Bundan xəbər tutan alim Dövlət İqtisad Universitetinə etiraz bildirib, dissetasiya işinin plagiat olması barədə şikayət edib.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Bakupost. az-a açıqlaması zamanı Səyyad Ağayev məhkəməyə müraciət etdiyini və qalib gəldiyini bildirib. O, Dövlət İqtisad Universitetini plagiat dissertasiya işinin ləğv olunmasına mane olmaqda ittiham edib.
“2013-cü ildə Bakı Dövlət Universitetində Prezident yanında Ali Atesstasiya Komissiyasının tələblərinə uyğun olaraq “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müdafiə etdiyim “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işim (https://aak.gov.az/upload/dissertasion/iqt/iqt_n_asi_30_05_13.pdf ) 2019-cu ildə oğurlanaraq Azərbaycan Dövlət İqtisad Universitetinin magistri Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adı ilə magistr dissertasiya işi kimi (http://unec.edu.az/application/uploads/2019/10/h-dzad-Elmeddin-M-h-mm-d.pdf ) verilib. İşin plagiat olduğu məhkəmədə sübut olunub. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiam qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlundan tutulması qət edilib. Artıq cavabdehdən 4000 manat alınaraq mənə ödənilib".

Səyyad Ağayev qeyd edib ki, Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının ləğv edilməsi də məhkəmə tərəfindən qət edilib:

"Lakin bu günə qədər qətnamənin şərtləri yerinə yetirilməyib. Rektor elmi işimi oğurlayan magistri məhkəmələrdə bütün təsir imkanları və mövqeyindən istifadə etməklə ciddi-cəhdlə müdafiə edir və dissertasiya işinin ləğv edilməsinə mane olur.
Görəsən, bunları etməkdə məqsəd nədir? Rektor Ədalət müəllimin doğrudanmı bundan xəbəri yoxdur? Yoxsa özünü xəbəri olmayan adam kimi göstərir? Maraqlıdır, dissertasiya işimi olduğu kimi köçürən magistr Elməddin Əhədzadənin işini niyə bu plagiat proqramı ilə yoxlamayıblar?”.

Xəbər 4999 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +