AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.07.2020  14:11 

Su borcu üzrə müraciətlərin feysbuk və teleqramda qəbuluna başlanıldı





A+  A-

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən abonent xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir. Müasir dövrdə sosial şəbəkələrdən istifadənin geniş vüsət alması nəzərə alınaraq bir sıra xidmətlər sosial şəbəkələr üzərindən tətbiq edilir.
XəzərNews.az xəbər verir ki, “Azərsu” ASC-nin 2018-ci ilin sonlarından istifadəyə verdiyi “Borcun araşdırılması üzrə müraciəti”nin Facebook və Teleqram şəbəkələri üzərindən aparılmasına başlanıb. İndiyədək bu xidmətdən istifadə www.e-gov.az portalına keçid almaqla aparılırdı. Bundan sonra abonentlər portalla yanaşı, www.azersu.az saytında yerləşdirilmiş Facebook (AZERSU OJSC) və Teleqram şəbəkələrinə qoşulmaqla xidmətdən yararlana bilərlər. Müraciətin qeydiyyata alınması üçün tələb olunan məlumatlar sistemə elektron formada daxil edilməlidir.

Müraciət qeydiyyata alındıqdan sonra Cəmiyyətin müvafiq struktur vahidinə icraya yönləndirilir. Daxil olan müraciətə aidiyyəti üzrə baxılaraq araşdırılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Təqdim olunmuş məlumatlar uyğun olmadıqda isə abonentlə əks-əlaqə yaradılır.

Araşdırma nəticəsində sayğac göstəricilərinin yerində yoxlanılmasına ehtiyac yarandıqda sayğaca baxış keçirilməklə dəqiqləşdirilmə aparılır. Yoxlamanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu” ASC-də ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya göndərilir və müvafiq əməliyyatlardan sonra abonentin borcunda dürüstləşmələr aparılır. Komissiya tərəfindən müraciətin icrasından imtina edildikdə abonent səbəbi qeyd edilməklə məlumatlandırılır. Müraciətin nəticəsi haqda məlumat abonentin elektron poçt ünvanına, SMS vasitəsilə mobil telefonuna və Telegram səhifəsinə göndərilir.

Qeyd edək ki, cari ilin may ayından "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidməti də istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə bilirlər. Bunun üçün abonentlər Cəmiyyətin facebook səhifəsinə daxil olub məlumatları təqdim edirlər. Bundan sonra bu xidmət həm də Teleqram şəbəkəsi vasitəsilə də aparılacaq.

Tətbiq olunan yeni xidmətlərdən istifadə ilə bağlı təlimatlar videoçarx şəklində “Azərsu” ASC-nin facebook səhifəsində yerləşdirilib.

Xəbər 1706 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +