AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


08.11.2021  12:25 

Prezident imkansızı necə gerçəkləşdirdi?





A+  A-

Bu gün böyük qürur və iftixar hissi ilə 8 noyabr Zəfər Gününü qeyd edirik.

Aristotel deyirdi ki, hərəkət imkanın gerçəkliyə çevrilməsi prosesidir.

Azərbaycan xalqı yüzillər ərzində məruz qaldığı ədalətsizliklərə, torpaqlarının işğal edilməsinə, zalımların tənələrinə və hədələrinə layiqli cavab vermək, öz gücünü, şücaətini göstərmək üçün gözləyirdi.

Çox nadir hallarda ələ düşən imkanlardan da yararlanmaq mümkün olmamışdı, məhz ötən il ötən il 44 gün ərzində Azərbaycan xalqı və Prezidenti şanlı zəfər tarixi yazaraq tarixi imkan yaratdı və onu gerçəkliyə çevirdi. Bu imkanın yaradılması və gerçəkləşməsi üçün Prezident İlham Əliyev ondan əvvəlki tarixi düzgün təhlil edərək səhvlərin təkrarlanmamasına nail oldu.

Dahi Napoleon tez-tez deyirmiş ki, öz ordusunu yedirməyən xalq, tezliklə başqa ordunu bəsləməli olacaq.

Prezident İlham Əliyev hakimiyyətə gəlşindən dərhal sonra bu prinsipi əsas tutaraq güclü ordu quruculuğu üçün resursları əsirgəmədi.

Məhz bu da tarixi imkanı gerçəkləşdirmək üçün ən ümdə şərtlərdən biri idi.

İlk hərbi strategiya nəzəriyyəçisi Sun Tsızı “Hərb sənətində” yazır ki, müharibələr ilk növbədə ittifaqlarla udulur.

Prezident İlham Əliyev və Azərbaycan diplomatiyası bu sahədə hətta imkansızı gerçəkləşdirdi, tam fərqli mövqelərdə dayanan dövlətlər Azərbaycan üçün bir araya gəldilər. Prezident İlham Əliyev əsil qrossmeyster kimi bütün gedişləri düzgün hesablamış, ehtiyat variantları da düşünmüşdü. Lakin, unutmaq olmaz ki, o, həm də Ali Baş Komandan kimi xalqımızın yalnız gücünü deyil, həm də cəsarət və qətiyyətini nümayiş etdirməli idi. Bununla əlaqədar Prezident İlham Əliyev öz çıxışları, müsahibələri, fikirləri ilə bütün dünyanı Azərbaycanın qətiyyətinə şübhə etməyə qoymadı. Fikrimcə, ən vacib məqamlardan biri elə məhz budur ki, dünyaya necə qərarlı olduğumuzu göstərə bildik.

Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri ötən il noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı:

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq..."

Zəfər günü, həmçinin “Dəmir yumruğun” qətiyyət və birliyin rəmzidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib:

“Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi
Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi.

Allah Şəhidlərimizə rəhmət eləsin! Onların xatirəsini əbədi yaşatmaq hər birimizin borcudur.

Allah Qazilərimizə can sağlığı versin! Onları qorumaq da hər birimizin borcudur.

Allah Azərbaycanmızı qorusun! Vətən fədaisi olmaq da hər birimizin borcudur!

Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmaları Fondunun prezidenti


Xəbər 6643 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +