AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.07.2024  15:46 

“500 imza üçün 500 qapını döydüm” - Kamran Əsədov





A+  A-

Ölkədə seçki həyəcanı tam sürətlə davam edir. Siyasi partiyalar öz namizədlərini açıqlayarkən, tanınmış simalar da seçki marafonuna qoşulmaq üçün topladığı imzaları seçki idarələrinə təqdim edirlər.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərində namizəd olmaq istəyənlərdən biri də tanınmış təhsil eksperti Kamran Əsədovdur. O, özünün sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək məlumat verib. Ekspert seçicilərin evini tək-tək ziyarət edərək 500 imza topladığını vurğulayıb:

“Çətin və məsuliyyətli bir yola çıxmışam. İnsanı ilə, daşı ilə, torpağı ilə mənə əziz, doğma olan Neftçaladan seçkiyə qoşuldum. Mən tələb olunan 500 imza üçün 500 ev gəzdim, 500 şəkil, 500 video görüntü çəkdik. İmza toplanması üçün getdiyim hər qapıdan dua aldım, seçimi qazanmağım üçün qurbanlar dedilər. Mən Neftçalamı qapı-qapı, küçə-küçə, kənd-kənd gəzdim. Bəli, gəzib imza aldığım hər kəslə şəkil çəkdirib prosesi video görüntüyə aldım ki, sabah kiminsə şübhəsi olsa, sübut edək. Mənim onların həmişə yanında olacam. Təkcə seçki dövründə yox. Mənə 500 imza verilmədi təkcə, minlərə insan dua etdi, güvən verdi. Onlara da söz verdim ki, sonuna qədər səslərini, imzalarını və etimadlarını doğruldacam.Biz imza verənlərə dedik, söz verdik ki, görülən müsbət işləri, həyata keçirilən islahatları dəstəkləyəcəyik və daha da yaxşı olması üçün gücümüzü səfərbər edəcəyik”.

Xəbər 6605 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +