AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.12.2022  19:01 

Fatimə – birlik amili





A+  A-

Əhli-beytə, o cümlədən Fatimeyi-Zəhraya sevgi bütün müsəlmanlar, xüsusən də ənənəvi İslam firqələri olan Şiə və Əhli-sünnə arasında ortaq dəyərdir. Bu sevginin vacib olması Quranda (Şura, 23) öz əksini tapmışdır. Bundan əlavə, Allah-Taala bütün çirkinlikləri Əhli-beytdən uzaqlaşdırdığını buyurmuş, (Əhzab, 33) Peyğəmbər öz vəsiyyətində müsəlmanların Quran və Əhli-beytdən ayrılmamasını tapşırmışdır.

Allahın rəsulu buyurmuşdur: “Ulduzlar insanları (dəryalarda) qərq olmaqdan, Əhli-beytim də ümmətimi ixtilafdan qoruyur. Hər hansı ərəb qəbiləsi Əhli-beytimə qarşı çıxarsa, ixtilafa getmiş və şeytan dəstəsinə qoşulmuşdur”. (Hakim. “Əl-Müstədrək”, hədis: 4715)
Bütün müsəlmanları birləşdirməli olan bu amil təəssüf ki, hərdən onların arasında münaqişələrə də səbəb olmuşdur. Bəzən müsəlmanların təəssübkeşliyi, cahilliyi, bəzən də müsəlman birliyini gözü götürməyən üçüncü qüvvələr bu münaqişələrin alovlanmasında böyük rol oynamışdır.

Tehranda Osmanlı səfirliyinin yanında bir şiə məscidi vardı, səfirliyin sünni işçiləri də orada namaz qılırdılar. Hər gün onların gəldiyi vaxt bir rövzəxan orada Fatimeyi-Zəhra rövzəsi oxuyur, xanıma olunan zülmlərdən danışırdı. Bu hal möminlərdən birinin diqqətini çəkir. O, rövzəxana yaxınlaşıb deyir:
- Nə üçün hər gün eyni mövzuda rövzə oxuyursan? Başqa rövzə bilmirsən?

Rövzəxan cavab verir:

- Bu küçədə bir dükanın sahibi bu işdən ötrü mənə hər gün 5 rial pul verir, mən də oxuyuram.
Həmin mömin rövzəxanın dediyi dükana gedib dükançıdan bunun səbəbini soruşur. Dükançı deyir:
- Bir nəfər bundan ötrü hər gün mənə 20 rial verir. Mən də 15 rialını özümə götürür, 5-ini də bu rövzəxana verirəm ki, hər gün Fatimeyi-Zəhradan rövzə oxusun.

Mömin sonra dükançının söylədiyi "xeyriyyəçi"ni tapır. Bəlli olur ki, ona da başqa birisi pul verirmiş. Beləcə bir neçə vasitədən sonra öyrənir ki, İngiltərə səfirliyi şiə və sünnilər arasında nifrət və ədavət yaratmaq, müsəlman dövlətlərin birliyinə mane olmaq məqsədilə bu işdən ötrü hər gün 250 rial pul verirmiş.

Fatimeyi-Zəhranın güclü birləşdirici amil kimi rolu görkəmli fransız şərqşünası Lui Masinyonun da diqqətini cəlb etmişdi. Əhli-beyt anasına, eləcə də onun müqəddəs Məryəmlə oxşar cəhətlərinə dair bəzi araşdırmalar aparmış Masinyon özünün Henri Korbinə elmi vəsiyyətində yazırdı:

"Mən beş ildir bu haqda düşünürəm. Əgər siz Fatimeyi-Zəhra barədə araşdırmalarımı təkmil edib güclü əsər yazsanız, bunu xeyir-dualarımla qarşılayaram. Çünki bu, Şiə və Sünnilik, eləcə də İslam və Məsihilik arasında güclü birləşdirici amil ola bilər". (Özemre A. Din və Misyonerlik, 84)

Vüsal Hüseynzadə

Xəbər 4827 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +