Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO


23.09.2020  18:11 

Türkiyədə daha bir terrorçu həbs olundu





A+  A-

Türkiyədə PKK terror təşkilatının təxribatçısı və uzun zamandır narıncı kateqoriyada axtarılan “Baver-Çektar” adlı terrorçu həbs olunub.
XəzərNews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ərzincan Təhlükəsizlik Müdirliyi Kəşfiyyat Şöbəsi səlahiyyətliləri təxminən 10 ildir terror təşkilatı adından Ərzincan və Tunceli kənd yerlərində təxribat planlaşdıran və həyata keçirən terrorçu A.H.-nin İstanbul istiqamətində yola çıxdığını müəyyənləşdirib. Bundan sonra narıncı kateqoriyada axtarılan “Baver-Çektar” adlı terrorçunun tutulması üçün əməliyyat başladılıb.

Terrorçu polisin təqibi nəticəsində Amasya şəhərində saxlanılıb. Tutulduğu zaman əl bombası ilə intihar etmək istəyən terrorçu polis tərəfindən zərərsizləşdirilib. Onun üzərində əl bombasından əlavə olaraq, 2 saxta şəxsiyyət vəsiqəsi tapılıb və Ərzincanda çöl ərazidə basdırdığı uzun lüləli silahın yeri müəyyənləşdirilərək götürülüb.

Daha sonra Ərzincana gətirilən və Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsində dindirilən 33 yaşlı A.H. Ərzincan və Tuncelinin çöl ərazilərində təxribat planlaşdırdığını və təlim üçün İstanbula yola düşdüyünü etiraf edib.

Dövlət ittihamçısı tərəfindən dindirilən terrorçuya məhkəmədə hökm verilərək həbsxanaya göndərilib.

Xəbər 1824 dəfə oxunub.




15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +