Azərbaycanlı yeniyetmə yenidən məhkəməyə çağırıldı
Hamı maaşını alacaq - Şahin Bağırov
Köçəryan ləyaqətli sülhü təmin edəcək ordu arzulayır
Banklar depozitlər üzrə faizləri yüksəldiblər?
“TikTok“da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI
Nazirlik əməkdaşı cinayət məsuliyyətinə cəlb edildi
Ukraynada nə qədər rus əsgəri öldürülüb?
DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ
Azərbaycan əleyhinə çıxışlar edən Abedini İSTEFA VERDİ
Adəm Məmmədovun vəkillik fəaliyyəti dayandırıldı


01.11.2018  14:26 

İŞİD-in növbəti qurbanı bu ölkə olacaq - XƏBƏRDARLIQ





A+  A-

ABŞ-ın nüfuzlu “National İnterest” jurnalı İŞİD-in növbəti qurbanının İordaniya olacağını təxmin edir.
XəzərNews.az nəşrə istinadən xəbər verir ki, Yaxın Şərqdə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olan İordaniyada terror aktivliyi artır, iqtisadi sabitlik isə 2015-ci ildən bəri pisləşir.

“Bu təhlükənin tendensiyanın sonuncu nümunəsi avqust ayında Əl-Salt şəhərində terrorçuların xüsusi xidmət orqanlarının 4 əməkdaşını qətlə yetirməsi və 16 dinc sakini yaralamasını saymaq olar”-deyə məqalədə deyilir.

Daha bir məsələ 3 min iordaniyalının Suriya və İraqda İŞİD sıralarında vuruşaraq, döyüş təcrübəsi qazanması ilə bağlıdır. İdeoloji və döyüş təcrübəsi qazanmış bu şəxslərin ölkəyə qayıtması sabitlik üçün ciddi təhlükə olacaq.

İordaniya əhalisinin 9,5 milyon nəfər olduğu halda ölkədə 657 min suriyalı qaçqının olması da məsələyə ciddi problemlər yaradır. Aclıq və kasıblıqla üzləşən suriyalılar asanlıqla İŞİD təbliğatına uya bilər.

İŞİD-in bu ölkədə tərəfdar toplaması üçün münbit şərait qurmasına işarə edən daha bir faktor isə ölkə hakimiyyətinin repressiyalara üstünlük verməsi ilə bağlıdır. Bu, cəmiyyətdə müqavimət əhval-ruhiyyəsinin artmasına xidmət edir.

“National İnterest” yaxın illərdə İŞİD-in İordaniyada ciddi baza quracağını və yenidən Yaxın Şərqdə sabitliyə təhdid törədəcəyini hesab edir.

Xəbər 1469 dəfə oxunub.




28.01.2025  13:52 

Prezident müşavirə KEÇİRDİ

28.01.2025  13:04 

“Vətən”​ stadionu SÖKÜLÜR

28.01.2025  12:17 

İcma bəyanat yaydı

28.01.2025  11:23 

28 min miqrant Rusiyadan ÇIXARILIB

28.01.2025  09:54 

Baş həkim niyə istefa VERDİ?

28.01.2025  09:46 

Baş həkim vəfat etdi

27.01.2025  23:57 

Birbank niyə ÇÖKDÜ?

27.01.2025  17:58 

Daha bir klinikada ÖLÜM


BÜTÜN XƏBƏRLƏR +