Vəfat edən əsgərlə bağlı RƏSMİ AÇIQLAMA
Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


11.03.2017  12:52 

“Deyirlər ki, mən xalqdan üzr istəməliyəm...” - Deputat məqalə yazdı





A+  A-

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə Rusiyanın KM.ru saytına müsahibəsi zamanı səsləndirdiyi “biz türk deyilik” fikrinə olan təpkilərlə bağlı məqalə ilə çıxış edib.
XəzərNews.az xəbər verir ki, millət vəkilinin rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib ki, onun bu fikri ilə bağlı müzakirələrdə diskussiya mədəniyyətinə əməl edilmir: “Bu məsələ barədə gəldiyim ilk nəticə ondan ibarətdir ki, diskussiyaya qoşulanlar arasında yanlış mövqedə olanlar da az deyil.

Həmin məqaləni oxumayan və məsələnin mahiyyətinə varmayan bir sıra insanlar sosial şəbəkələrdə, hətta televiziya kanalında məsələ qoydular ki, mən xalqdan üzr istəməliyəm, hətta məsələyə məhkəmədə baxılmasını bildirdilər. Ünvanıma təhqiramiz fikirlər də ifadə etdilər. Bu çıxışların çoxunu o insanlarda müsahibəm barədə düzgün məlumatın olmaması ilə izah edirəm. Ancaq bu mövzu ilə, sözün əsl mənasında, qidalanan insanlar da özlərini göstərdi.

Mənə deyirlər ki, əslimiz türkdürsə, demək özümüz də türkük. Çalışacam ki, bu məsələni çox sadə və anlaşıqlı bir formada izah edim. Tutalım ki, bir ailədə iki oğlan uşağı yetişir. Valideynlər eyni, tərbiyələri və yaşayış tərzləri də eynidir. Bununla belə, birinin adı Əlidir, o birinin adı Məhəmməddir. Hərəsi bir yol seçməklə, biri zirvəyə qalxır, o biri lazımi səviyyədə inkişaf edə bilmir.

Türk dünyasına mənsub bir çox millətlər var. Çindəki uyğurlardan başlayaraq, qazax, özbək, qırğız, türkmən, azərbaycanlı, türk və s. türkdilli xalqlarla bu siyahını davam etdirmək olar. Ancaq bunların hamısının kökü bir olsa da, müxtəlif əhatədə və şəraitdə formalaşmışlar. Hətta az saylı və xristian dininə aid olan Moldovada yaşayan türkdilli qaqauzlar da özlərində cəsarət tapıb adlarını düz deyirlər. Lakin bizim özlərini mütəxəssis hesab edən və yüksək elmi dərəcəyə sahib olmuş bəzi insanlarımız bu reallığı qəbul etmək istəmirlər.

Azərbaycan xalqı türk kökünə məxsus olmaqla digər türkdilli xalqlardan fərqlənir. Formalaşdığı ictimai-siyasi mühitə, əhatə etdiyi ərazinin regional xüsusiyyətlərinə, adət-ənənələrinə, mədəni-intellektual səviyyəsinə görə Azərbaycan o ölkədir ki, tək türk yox, bütün müsəlman dünyasında ilk demokratik cümhuriyyət yaradıb. Azərbaycanın teatr sənəti, musiqisi, ədəbiyyatı bütün türk dünyası üçün örnək olub. İndinin özündə də Azərbaycan müsəlman ölkəsi olaraq Qərblə Şərqi qovuşduran bir mərkəz kimi qəbul edilir”.

A. Rəhimzadə məqaləsində qeyd edib ki, bizim nə pasportumuzda, nə də şəxsiyyət vəsiqəmizdə milliyyətimiz yazılmayıb: “Bu, Azərbaycanın ixtirası deyil, dünyada olan qaydalara uyğunluqdur”.

Xəbər 2038 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +