Həcc ziyarətinin qiyməti açıqlandı
Tramp ABŞ-nin 47-ci prezidenti kimi AND İÇDİ
Prezident Çinin CGTN telekanalına müsahibə verib
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
Fərid Səfərli azadlığa BURAXILDI
“Rusların tərbiyəsizliyini gördük” - Rövşən Məmmədov
Bank borcunu bağlayan kişi sevincdən öldü
Qatarlar arasında interval AZALDILACAQ
Bakı Ermənistandan ciddi addımlar gözləyir
Medalım paslanır, qaytarmağı düşünürəm - Həsrət Cəfərov


29.05.2022  20:03 

Siqareti təgidən kimi orqanizmdə nə baş verir?





A+  A-

Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam nikotinin təsirindən vaxtsız dünyasını dəyişir. Nikotin isə tütünün tərkibində olan onlarla ziyanlı maddədən yalnız biridir, olsun ki, birincisidir.

Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək-damar və və onkoloji xəstəliklərin digər formalarının yaranmasına gətirib çıxarır. Ekspertlər deyirlər ki, təkcə siqaret çəkən deyil, siqaret tüstüsü ilə nəfəs alan digər adamlar da risk qarşısında qalır.

İnsanlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin narkotik və alkoqol qədər güclü tə’sirə malikdir və eyni sürətlə asılılıq yaradır.

Siqaret çəkənlərin çoxu onun ziyanlı tə’sirindən xəbərdardır. Lakin siqareti tərgitmək asan deyil, birdəfəlik atmaq isə çətin məsələdir. Mütəxəssislər hesab edir ki, gündə 3-4 qutu siqaret çəkən adamın bu ziyanlı vərdişi dərhal tərgitməyi mümkün deyil. Odur ki, gündəlik normannı azaltmaq və bir qutu səviyyəsinə çatdırmaq lazımdır. Yalnız bundan sonra siqareti tam atmaqdan danışmaq olar.

Amma bəziləri siqareti tam tərgidə bilmir və gündə bir neçə siqaret çəkməkdə davam edir. Digərləri tərkibində nikotinin az olduğu, ya da nanəli (mentollu) siqaret çəkir. Amma nanəli siqaretin zərəri adi siqaretdən daha çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən daha təhlükəlidir. Ekspertlərin fikrinə görə, siz siqareti tam atmaqla ömrünüzü uzada bilərsiniz. Bu zaman özünüzü daha yaxşı hiss edəcək, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.

Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik ampulanı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan maddələri çeynəyə də bilərlər.

Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini deyir. Bə’zi adamlarda bu, baş və mədə ağrıları ilə müşayət olunur.

Amma hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, cəsarətli olun və bu gün siqaret atın, sabaha qoymayın. Nikotindən birdəfəlik qurtaracağınıza özünüzü inandırın. sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki-üç dəfə qaçmağa, üzməyə, təmiz havada gəzməyə çalışın. Doğrudur, bir-iki həftə çətin olacaq, amma bir aydan sonra asanlaşacaq və siz siqareti tamamilə atmış olacaqsınız.

Sair ziyanlı vərdişlər

Təəssüf ki, ziyanlı vərdişlər yalnız narkotiklə, alkoqolla və nikotinlə qurtarmır. Onların sırasına seksual asılılıq, internet asılılığı, bazarlıq asılılığı, adrinalin asılılığı və s. daxildir. Növbəti qeydlərimizdə ziyanlı vərdişlərin bu növlərindən danışmağa və onlardan can qurtarmağın yollarını araşdırmağa çalışacağıq.

Qalib ARİF
Ardı olacaq…


Xəbər 1952 dəfə oxunub.



20.01.2025  14:06 

Bu rayonda 3 gün su olmayacaq

20.01.2025  13:58 

Həm hüznlü, həm qürurluyuq!

20.01.2025  12:04 

Prezident Şəhidlər xiyabanında

20.01.2025  10:04 

Tanınmış aktyor vəfat etdi

20.01.2025  10:01 

Davos Forum öz işinə başlayır

20.01.2025  09:57 

Xəzərdə zəlzələ oldu

20.01.2025  09:53 

Трамп против лгбт


BÜTÜN XƏBƏRLƏR +