Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


10.05.2023  15:24 

Hansı məhsullar bahalaşıb? - Siyahı





A+  A-

2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 113,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 faiz təşkil edib.

XəzərNews.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 112,8 faiz təşkil edib.

2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 115,1 faiz təşkil edib.

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, yoqurtun, xamanın, pendirin, zeytun yağının, naringinin, portağalın, almanın, balqabağın, yerkökünün, soğanın, şəkərin, konfetlərin, çayın, mineral suların, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, xiyarın, çuğundurun, kartofun, mərcinin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2023-cü ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 111,3 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyaların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, ucuzlaşma isə kəsilmiş taxtaların, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 110,7 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər 1051 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +