Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


03.05.2023  12:11 

PAŞA Holdinq Azərbaycanın taksi bazarına da daxil olur





A+  A-

“PAŞA Holdinq əsasən xarici taksi şirkətlərinin hökmranlıq etdiyi Azərbaycanın taksi bazarına da daxil olur”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Formunun prezidenti osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, Azərbaycanda taksi xidməti fəaliyyəti ilə məşğul olan xarici şirkətlərin sayı artıb:

“Ukraynanın taksi şirkəti Uklon Umico ilə əməkaşlıq çərçivəsində Azərbaycanda fəaliyyətə başlayıb. Umico PAŞA Holdinq investisiyalı şirkətdir. Belə görünür ki, PAŞA Holdinq çatdırılma, e-ticarət, taksi xidməti və s. funksionallıqlara sahib olan Umico-nu daha nəhəng bir platformaya çevirmək niyyəti var”.

O.Gündüz əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb:

“1. Uber ( Bu brendin MDB-də sahibi Yandex-dir. Belə ki, xeyli müddətdir ki, Amerikanın qlobal taksi şirkəti olan Uber Azərbaycanda öz payını Rusiyanın Yandex şirkətinə satıb)
2. Bolt (Estoniya)
3. Yango (Rusiya, Yandex)
4. Maxim (Ukrayna)
5. Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)

Ölkəmizdə taksi bazarında rəqabət ifrat dərəcədə güclüdür. Yüzlərlə taksi şirkətləri var. On minlərlə taksi sürücüləri bu bazarda xidmət göstərir. Qiymətlər də kifayət qədər ucuzdur. Bu xidmətin keyfiyyəti ilə bağlı zaman-zaman çoxlu narazılıqlar da müşahidə olunur. Belə bi şəraitdə, Uklon-nun Umico ilə əməkdaşlıq çərçivəsində, yerli şirkət olaraq bazara daxil olması çox düşündürücüdür. Düşünmək olar ki, rəqabətin güclü olduğu bu bazara yeni şirkətin daxil olması xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək, bu baxımdan atılan addımı müsbət dəyərləndirmək olar.

Lakin burada digər yerli taksi şirkətlərinin, vergi ödəyiciləri olan taksi sürücülərinin rəqabətə davamlılığı ilə bağlı risklər də qaçılmaz ola bilər.

Ümumiyyətlə, qiymətlərin hədsiz ucuzlaşması ilə, taksi bazarında 100-dək yerli taksi şirkətinin, 5 xarici taksi şirkətinin olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır.

Belə görürəm Antiinhisarın işi hədsiz çoxalacaq”.

Xəbər 1128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +