Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


02.04.2021  16:54 

Fermerlər bu halda cərimələnəcək





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihəni Milli Məclisin deputatı Kamal Cəfərov təqdim edib. O bildirib ki, kənd təsərrüfatı sahəsində, xüsusilə subsidiyaların verilməsində korrupsiyanın qarşısının alınması və dövlət dəstəyinin fermerlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb: “Daha sonra elektron kənd təsərrüfatı sistemi yaradılıb. Bununla da kənd təsərrüfatı ilə məşğul olan dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a bərabər olub. Bildiyiniz kimi, hazırda cari mexanizmə əsasən fermerlər subsidiyanın yalnız 25% nağdlaşdıra bilər, geri qalan 75% isə bank əməliyyatları vasitəsilə müvafiq kənd təsərrüfatı məhsulları ala bilirlər. Müvafiq təcrübə göstərir ki, bəzi hallarda fermerlər gübrə və petisid satışını həyata keçirən şirkətlərlə cinayət əlaqəsinə girərək, həmin 75%-lik məbləğ olan fermer kartını isə heç bir məhsul almadan daha aşağı qiymətə həmin şirkətlərə satırdılar. Yəni indi korrupsiya halları fermerlər və kənd təsərrüfatı məhsulları satışını həyata keçirən özəl şirkətlər arasında mövcuddur. Fermerləri bu cür əməllərdən çəkindirmək, kənd təsərrüfatı təyinatlı dövlət subsidiyasının məhz kənd təsərrüfatının inkişafına sərf edilməsində hüquq-mühafizə tədbirlərini təmin etmək üçün İXM yeni maddənin əlavə edilməsi təklif edilir”.

Qeyd edək ki, Məcəlləyə 411-2-ci maddənin əlavə edilməsi təklif edilir. Bildirilir ki, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir”.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər 1696 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +