Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?


14.05.2022  19:42 

Qoşqar Hümbətov: “Müəllimlik məsuliyyətli peşədir, çünki...”





A+  A-

Deyirlər ki, hər kəsin gələcək taleyində müəlliminin yeri var. Və bu danılmazdır. Əlimizdən tutaraq “Ana”, “Vətən” kəlmələrini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır ki? Eələcə də sonrakı təhsil illərində qazandığımız hər bir uğurumuzda əməyi keçən müəllimlərimizin sevincimizə şərik olmasını yada saldıqca kövrəlməmək mümkünmü? Təbii ki, xeyir! Biz məhz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, eyni zamanda dünyagörüşümüz, həyata baxışımız formalaşıb. Əlbəttə, bütün bunlar bir anda baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Məktəb partası arxasında keçən illərimizdə müəllimlərimiz bizə bilik verməklə bərabər qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Elə buna görə də müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, onu xoş duyğularla yada salır. Haqqında söhbət açacağımız Bakıdakı 182 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini , ixtisasca tarix müəllimi olan Qoşqar Hümbətov da hər zaman yetirmələrinin hörmət və ehtiramla xatırladığı məhz belə pedaqoqlardan biridir.

Müəllim həm də yaradıcı işdir

Cəlilbad rayonunun Adnalı kəndində anadan olan Qoşqar İslam oğlu Hümbətov lap uşaqlıqdan müəllim peşəsini sevib, tarix fənninə xüsusi maraq göstərib. O, orta təhsilini başa vurduqdan sonra tarixçi olmaq arzusunu Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmaqla gerçəkləşdirir. 1997-ci ildə ali təhsilini başa vurur. 2000-ci ildən taleyini Bakıdakı 182 nömrəli tam orta məktəblə bağlayır. Yüksək bilik və bacarığı ilə fərqlənən pedaqoq böyüməkdə olan gənc nəslə tarix fənnini sevə-sevə tədris edir. 2006-cı ildən isə müəllim kimi fəaliyyət göstərdiyi doğma məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.



“Müəllimlik şərəfli işdir, çünki o həyatını xalqın gələcəyinə həsr edir, müəllimlik həm də məsuliyyətli işdir, çünki o ən qiymətli kapital olan insanla işləyir” - deyir, Qoşqar müəllim. Həmsöhbətimiz bu günün müəlliminə verilən tələblərdən və gözləntilərdən danışır: “Bilirsiniz, müəllimlik həm də yaradıcı işdir, belə ki, o hazır göstərişlərlə, tədris prosesini cansıxıcı təşkil etməklə işləyə bilməz. Bu günün müəlliminə verilən tələblər də sözün yaxşı mənasında tamamilə fərqlidir. Müasir müəllim yüksək bilik və bacarığı ilə yanaşı, səriştəliliyi, peşəkarlığı ilə də fərqlənməlidir. Hər bir konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu həll yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün isə pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnmək mütləqdir”.

Şagirdləri fənn olimpiadalarında yüksək nəticə göstərirlər

Müxtəlif fənlər üzrə keçirilən olimpiadaların, bilik yarışlarının bu gün neçə-neçə istedadlı, yüksək hazırlıqlı gənclərimizin üzə çıxarılmasında xüsusi rolu var. Hər bir şagirdin əldə etdiyi nailiyyət ilk növbədə onun təhsil aldığı məktəb, eləcə də uğurunda əməyi olan müəllimi üçün başucalığıdır. Elə Qoşqar müəllimin də yetirmələri bu bilik yarışlarında əldə etdikləri yüksək nəticələri ilə onu az sevindirməyib. Təcrübəli müəllimin dərs dediyi şagirdləri hər il keçirilən ənənəvi respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl, gümüş və bürünc medallara layiq görülürlər. Məktəbi bitirən gənclərin bir çoxu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayırlar. Yetirmələrinin əldə etdiyi uğurlardan razılıqla danışan həmsöhbətimiz bundan qürur hissi duyduğunu söyləyir: “Yetirmələrimlə fəxr edirəm. Məsuliyyət, əzm və iradə gələcək uğurların açarıdır. Olimpiadalara hazırlaşan şagirdlərimə də ilk sözüm məhz bu olur. Vaxtilə dərs dediyim şagirdlərimin ali məktəb seçərkən müəllimliyə, xüsusilə ixtisas olaraq tarix fənninə üstünlük verməsi məni sevindirir. Nə xoş mənə ki, şagirdlərimə Vətənimizin, eləcə də dünya tarixinin dünəni, bu gününü öyrətməklə onlarda bu fənnə sevgi aşılaya bilmişəm”.



Gənclərimizin qəhrəmanlığı, Qələbə sevinci

Bu gün sevimli şagirdlərinə Azərbaycanın şanlı Zəfər tarixindən fəxrlə danışan tarixçi müəllim qələbəni əldə edən gənclərimizlə qürur duyduğunu bildirir: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbə haqqında nə qədər danışsaq belə azdır. Bu, sözlə ifadə edilməsi mümkün olmayan yaşadığımız ən gözəl bir duyğudur. 30 ilə yaxın idi ki, düşmən işğalına məruz qalan tarixi torpaqlarımız Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi igidlik və şücaət nəticəsində azad edildi. Tariximizi öyrənən gənclər döyüş meydanında öz qəhrəmanlıqları ilə Azərbaycanın ən yeni tarixini yazdılar”.

Məktəb gənc nəsil üçün həm də həyat dərsidir

Təcrübəli pedaqoq tərbiyə işləri üzrə direktor müavini kimi məktəbdə tərbiyə məsələlərini hər zaman xüsusi diqqətdə saxlayır. Deyir ki, hər bir məktəbin və müəllimin borcu ilk olaraq Vətənini, torpağını sevən vətənpərvər şagird yetişdirməkdir. Şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək həm davamlı fəaliyyət tələb edən, həm də olduqca məsuliyyətli bir işdir. Məktəbdə təkcə yazıb-oxumağı, hesablamağı və müxtəlif fənlər üzrə biliklər öyrətmirlər, məktəb böyüməkdə olan gənc nəsil üçün həm də həyat dərsidir. Onları həyat dərsinə düzgün şəkildə hazırlamaq isə bizlərdən asılıdır: “İndiki şagirdlər çox hazırlıqlı və dünyagörüşlüdürlər, müasir texnologiyalarla işləmək bacarıqları ən yüksək səviyyədədir. Onları heç nə ilə təəccübləndirmək mümkün deyil. Öyrənmə imkanları, istifadə etdikləri resurslar çoxdur. Bu gün orta ümumtəhsil müəssisələri üçün ən önəmli məsələlərdən biri müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulmasıdır”.



Diqqətdən kənarda qalmayan təhsil işçisi

Qoşqar müəllimin istər pedaqoji, istərsə də yüksək təşkilatçılıq bacarığı diqqətdən kənarda qalmayıb. Uzunillik təcrübəyə malik pedaqoq təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Təhsil Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlara layiq görülüb. Təhsil işçisi əməyinin qiymətləndirilməsini müəllimə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu qeyd edir: ”Təbii ki, bu, məni sevindirir və qürurlandırır, eyni zamanda məsuliyyət hissimi də artırır.Yetirmələrimin uğurları isə mənə stimul verir, daha yüksək şövqlə işləməyə ruhlandırır”.

Samirə KƏRİMOVA
“Azərbaycan müəllimi” qəzeti




Xəbər 8130 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi


BÜTÜN XƏBƏRLƏR +