Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?


20.02.2024  14:59 

Əmək haqqı və pensiyalar artırıla bilərmi?





A+  A-

“Hazırda maaşların artırılması ilə bağlı konkret reqlament yoxdur. Düzdür, büdcə planlaması zamanı əsasən, ehtiyac meyarının, istehlak səbətinin dəyişməsini nəzərə alaraq minimum əmək haqqının artırılması ilə bağlı yanaşmalar ortaya qoyulur. Təcrübədə o var ki, Azərbaycanda minimum əmək haqqı 2018-2019-cu illərdə artırılıb. Buna görə də istənilən dövrdə, təbii ki, fiskal vəziyyət nəzərə alınmaqla bənzər qərarlar qəbul edilə bilər”.

Xəzərnews.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov bu fikirləri Bakupost.az -a bildirib.

O qeyd edib ki, 2024-cü ilin büdcəsində əmək haqqı fondu təxminən 700 milyon manat və yaxud 10 faiz ətrafında artırılıb:

“Ola bilər ki, bu vəsaitlərin hansısa bir qismi verilən sərəncamlarla büdcədən maaliyyələşən təşkilatlarda çalışanların əmək haqqının artımına yönəldiləcək”.

Pensiyaların yenidən artırılması məsələsinə gəlincə, iqtisadçı vurğulayıb ki, ortada 2021-ci il təcrübəsi var:

“Bilirsiniz ki, hər pensiyaçıya rübdə 50 manat olmaq şərti ilə ildə 200 manat əlavə vəsaitin ödənilməsi ilə bağlı bir sərəncam var. Bu şəkildə hansısa bir əlavələr edilə bilər. Yəni bu, hüquqi cəhətdən mümkündür. Bir də minimum pensiyanın artırılması ilə bağlı məsələ var. Minimum pensiya 280 manatdır və bu il artırılmayıb. Bu məsələ də “Əmək pensiyaları haqqında” qanunvericiliyə edilən dəyişikliklə mümkün olur. Bu da ilin ilin istənilən vaxtında, bənzər formada artırıla bilər".

R.Həsənov qeyd edib ki, mininum əmək haqqında olduğu kimi minimum pensiya da il ərzində iki dəfə artırılıb:

"Bununla bağlı hər hansı bir hüquqi məhdudiyyət yoxdur. Sadəcə, təsdiq edilən Dövlət Sosial Müdafiə Fondunun büdcə planlamasında bu artımlar üçün vəsaitin olduğu görünmür. İctimaiyyətə açıqlanan məlumatlardan bunu müəyyən etmək olmur. Ona görə də əlavə olaraq dövlət büdcəsinə yenidən baxıla və büdcədən buraya transfer artırıla bilər. Yaxud iqtisadiyyatın leqallaşması və s. bu kimi çərçivələrdə Dövlət Sosial Müdafiə Fondunun özünün gəlirləri gözləniləndən artıq olanda onu da buraya yönəldə bilərlər. Müəyyən maliyyə imkanları yaradıb belə bir qərar qəbul etmək olar”.

Xəbər 3604 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi


BÜTÜN XƏBƏRLƏR +