Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb


12.02.2024  11:25 

Səlim Müslümovun 8 milyonluq əmlakı əldən getdi





A+  A-

Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etmir. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib.

Apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilir.

11 il Fond rəhbəri, 5 il nazir işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxa bilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti İcra Şöbəsinə həvalə edilib.

Dövlət nəfinə alınacaq əmlakların siyahısını təqdim edirik:

- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;

- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;

- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;

- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;

- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;

- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.

S. Müslümova 1 ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib.



Xəbər 994 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +