Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb


25.03.2024  01:41 

“Qərb regionu qanlı qarşıdurma poliqonuna çevirmək istəyir” -Fərid Şahbazlı





A+  A-

“Qərb yenə Azərbaycanı, dolayısı ilə Cənubi Qafqazda kövrək sabitliyi hədəf seçən çirkin planlarını işə salıb. Ermənistan parlamenti bu günlərdə Azərbaycanda sərhəddə yerləşdirilmiş Avropa İttifaqı (Aİ) missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Oxu.Az-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin razılaşmanı məhz indi aprelin 5-də keçiriləcək Aİ, ABŞ və Ermənistan arasında baş tutacaq təhlükəsizlik görüşü ərəfəsində ratifikasiyası qətiyyən təsadüfi deyil:

“Çünki regionu “barıt çəlləyi”nə çevirmək istəyən bu format Azərbaycana qarşı yönəlib. Təhlükəsizlik zəmanəti adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə edilməsi Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Qısamüddətli missiya kimi yaranan, daha uzunmüddətli status alan və hərbiləşdirilən Avropa İttifaqının Ermənistandakı missiyası əslində müşahidə funksiyasından daha çox, Qərbin Ermənistanda öz hərbi bazası rolunu oynayır. Belə olmasaydı 2023-cü ilin yanvarında yaradılan missiya iştirakçılarının sayı dekabrda 138-dən 209 nəfərə qədər artırılmazdı”.

F.Şahbazlı bildirib ki, Ermənistanı maşa kimi istifadə edən Qərb Cənubi Qafqazda yeni nüfuz savaşına başlayıb və mövcud geosiyasi düzəni nəyin bahasına olursa olsun məhv etmək planları qurur. Bu isə şübhəsiz ki, bölgədə onsuz da həssas olan münasibətləri gərginləşdirəcək, ciddi təlatümlər, yeni müharibələrə səbəb olacaq:

“Qərb eyni zamanda İran və Rusiyaya qarşı hərbi və siyasi təzyiqlərini də Ermənistan vasitəsilə bu region üzərindən həyata keçirmək istəyir. Qərbin İran və Rusiyaya qarşı planlarına qarşılıq olaraq əks tərəfin cavab tədbirləri isə bütün regionu qanlı qarşıdurma poliqonuna çevirə bilər”.


Xəbər 3608 dəfə oxunub.




08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +