Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb


24.03.2024  12:10 

“Terrorçular insanların zalda diri-diri yanmasını istəyirdilər”





A+  A-

“Terrorçuların qaçdığı iddia edilən avtomobil ona görə tapılıb ki, məlumatı saxlamaq mümkün oldu, maşın yandırılmalı idi".

Xəzərnews.az xəbər verir ki, bunu RBC telekanalına “Crocus City Hall”un sahibi Araz Ağalarov deyib.

“Biz Fövqəladə Hallar Nazirliyinə bu yönümlü məlumat verdik və onlar bu otaqda baş verən yanğının qarşısını aldılar və informasiyanı xilas etdilər. Bu məlumatdan istifadə edərək qaçış yollarını və təqib edilən avtomobilin nömrəsini müəyyən edə bildik”, - deyə Ağalarov bildirib.

RBC onu da xəbər verir ki, cümə günü, Moskvanın Crocus City Hall binasında terror aktı törədən cinayətkarlar Renault Symbol markalı avtomobillə qaçıblar. Onlar Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi ərazisində tapılıb. FSB terror aktını törədən dörd nəfərin hamısının saxlanıldığını açıqlayıb.

“Terrorçuların vəzifəsi fərqli idi - onlar sadəcə çoxlu sayda insanı öldürmək deyil, bu insanların zalda diri-diri yandırılmasını istəyirdilər. Çünki edamla paralel olaraq hər şey yanar maddələrlə, kerosinlə, benzinlə doldurulmuşdu...” Ağalarov bildirib.

Onun sözlərinə görə, konsert zalı yoxdur, ümumiyyətlə, orada hər şey yanıb: “Bu salona girsəniz, oradan kiminsə sağ çıxacağına belə inanmazsınız. Lakin bütün yanğından mühafizə sistemləri, çiləyici sistemlər, yanğınsöndürmə işləri yaxşı vəziyyətdə olduğundan zalı bir neçə saat elə vəziyyətdə saxlayıblar ki, heç bir çökmə baş verməyib, insanların oranı tərk etmək imkanı olub. Çünki aydındır ki, 6 min adam 2-3 dəqiqəyə zalı tərk edə bilməz. Üstəlik, terrorçular demək olar ki, bütün çıxışlarda gedən insanları güllələyiblər”.

Şirkət daha sonra konsert zalını bərpa edəcəyini bildirib. Mütəxəssislər dəyən ziyanın 12 milyard rubla qədər olduğunu hesablayıblar.

Yanğın təhlükəsizliyi sistemi ilə bağlı sualı cavablandıran Ağalarov “Hər şey yaxşı işlədi” deyib: “Sprinkler sistemi, robot şlanqlar və xəbərdarlıq sistemi vaxtında çalışıb. Hətta səhər saat 4-də xəbərdarlıq sistemini söndürməyimizi xahiş etdilər. Bütün sistemlər həmişəki kimi çox yaxşı işləyirdi”.

Hücum zamanı zalın təhlükəsizlik işçilərindən biri də öldürülüb. İstənilən yerdə, kamuflyajlı adamlar dörd Kalaşnikovla maşından düşüb hamını atəşə tutmağa başlayıblar. Məncə 600 patron tabılıb, anlamalıyıq ki, bu hərbi əməliyyatdır. Bu halda mühafizə xidməti nə edə bilər” – Araz Ağalarov deyib.

Crocus Group-un keçmiş vitse-prezidenti Emin Ağalarov da öz növbəsində əməkdaşlarının əməyini yüksək qiymətləndirib: “Ttəhlükəsizlik xidmətini edə biləcəyi şey insanların evakuasiyasına kömək etmək, insanlara yanğın çıxışlarını göstərmək, kömək etmək idi. Onlar həm yaralıları, həm də ölənləri daşıyırdılar ki, dağıntılar altında qalmasınlar. Mənim şəxsi rəyim çox yüksəkdir. Heç kim ərazini tərk etmədi, hətta qonşu binaların mühafizəçiləri də köməyə gəldi. Əlləri qan işindəydi, əllərindən gələni etməyə çalışırdılar. Amma Kalaşnikov avtomatına silahsız, dəyənək və şokerlə müqavimət göstərmək mümkün deyil”./APA



Xəbər 962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +