“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


06.03.2024  13:36 

Qəzzalıların soyqırımınını başlayan və davamında maraqlı olan yalnız İrandır - Mübariz Əhmədoğlu





A+  A-

İranın bütün rəsmi siyasəti Qəzzada əhalinin soyqırımının davamına yönəlib. İran istənilən anda o müharibəni dayandıra bilər. Amma dayandırmır. Əgər HƏMAS və İranın digər proksi qüvvələri bilsələr ki, İran HƏMAS-la əlaqələrini dayandıracaq, dərhal HƏMAS özü üçün müəyyən silah ehtiyatı saxlayıb, oyundan çıxacaq. HƏMAS bilir ki, 1 ay və ya 10 il ərzində onun silahı, resursu, təlim görmüş hərbçiləri azalacaqdır. İranla əlaqəsinə görə Qəzzaya ərzaq verməyənlər silah da verməyəcəklər. HƏMAS bilir ki, bu qədər hazırlığı İran görüb. Yeraltı tunelləri də İran yaradıb. İndi yeraltı tunellər tədricən İsrailin sərəncamına keçir. Vaxtilə də İran İsrail üçün xeyli zavod, pul, istehsalat sahələri və s. yaratmışdı. Tunellər sadəcə bunun davamıdır.

İranın HƏMAS üçün hazırladığı “Əksa tufanı” əməliyyatı “səhv hesablama” anlayışını beynəlxalq gündəliyə daxil etdi.

İran Qəzza soyqırımında həm də ona görə maraqlıdır ki, artıq ərəblərlə İsrailin arasını vurdu.

İran Qəzza soyqırımında həm də ona görə maraqlıdır ki, Azərbaycanın İsraillə əlaqələri davam edir. İran insanlıqdan uzaq, ailə tərbiyəsi görməyən siyasətçilərini, jurnalistlərini ortalığa qoyub, ağzına gələni danışdırır. Azərbaycan və Türkiyəni söyməyə ehtiyac yoxdur. Azərbaycan və Türkiyə niyə görə İranın hazırladığı ssenarinin icrasında iştirak etməlidir.

İran əhalisi indiki hakimiyyəti qəbul etmir. İran xalqı indiki İran rejiminin Qəzza siyasətini görmək istəmir, rədd edir. İran əhalisi ayağa qalxsa, Tehran Qəzza müharibəsini dayandıracaq. İngiltərə, Fransa, Almaniya və s. əhalisi Fələstinə dəstək verir. İran əhalisi bir dəfə də olsun dəstək aksiyası keçirməyib.

İran həm də ona görə maraqlıdır ki, ABŞ və İsraillə apardığı gizli danışıqlar sona çatmayıb.

Ərəblərdə məhz İrana görə Qəzzaya yardım etmir. Ərəblər Qəzzada baş verənləri İranın əməli hesab edir, İranın mövqeyinin möhkəmlənəcəyi kimi başa düşür. Fələstin dövlətinin qurulması kimi qəbul etmirlər, İndi baş verənlər də Fələstin dövlətinin qurulması deyil. HƏMAS Fələstin prezidentini, legitim rəhbərliyini qəbul etmir, görüşmür. İran HƏMAS-la Fələstin Azadlıq Təşkilatını barışdırsın, bu bütün ərəb, müsəlman dünyasının Fələstin mövzusunda birləşməsi anlamındadır. İsrail ona görə qəddar metodlarla müharibəni aparır ki, İranın ən yüksək səviyyədə hazırladığı hərbi əməliyyatın da İsrailin qonşuluğunda mövcud olmayacağını, effekt verməyəcəyini sübut etmək istəyir.

Ona görə əgər İran müsəlmanların qırğınının əleyhinədirsə, təcili geri çəkilməlidir. 30 min qəzzalı şəhid olub, 30 min qəzzalının da şəhid olmasını gözləməyə ehtiyac yoxdur.
İran siyasətinin gələcəkdə necə dəyərləndiriləcəyini fikirləşsin.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
Mübariz Əhmədoğlu




Xəbər 1092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +