AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


08.11.2020  11:09 

Ermənilər Xankəndini boşaltmaqda davam edir





A+  A-

Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməyə davam edir.
XəzərNews.az xəbər verir ki, “İzvestiya” nəşrinin mənbələrinə istinadən yaydığı məlumata görə, artıq bütün qadınlar və uşaqlar şəhərdən çıxarılıb. Nəşrin hərbi dairələrdəki mənbəyi bildirib ki, yaxınlıqdakı şəhərlərdə də vəziyyət gərgin olaraq qalır.

Bir neçə gün öncə özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan da “Sputnik Ermənistan”a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min və ya əhalinin təxminən 30% -ni təşkil edir.

Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb.

Xatırladaq ki, qondarma rejimdə “vəzifə” tutan 9 şəxs də Xankəndini tərk etmişdi. Araik Arutyunyan bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyini” bildirmişdi.

Xəbər 2843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +