AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.03.2017  12:13 

Mirdamət Sadıqovla və Eldar Mahmudovu birləşdirən brilliant biznesi?





A+  A-

Professorla "brilyant Sevanın" biznesi, "Başını bədənindən yox edərəm” və ümumiyyətlə Mir məsələsi
Bir neçə il öncə, daha doğrusu 2012-ci ildə Gəncədə Mirdamət Sadıqov MTN-in sabiq nazirinə jest etmiş və onun atası Əhməd Mahmudovun 89-cu il yubiley konfransı keçirmişdi.

Təbii ki, konfransda mediya nümayəndələri, yubilyarın ailə üzvlərindən yaxınları, dostları ,o cümlədən Gəncə şəhər rəsmiləri iştirak etmişdilər. Konfransın təşkilatçısı Mirdamət Sadıqovun isə məqsədi həmin zaman Gəncə şəhərində özünün MTN şefi ilə möhkəm qırılmaz bağları olmasını nümayış etdirmək idi. Belə də ki, o, yəni ADAU-nun o zaman ki, rektoru özünün müəllimi olan Əhməd Mahmudovu unutmamasını bir daha onun oğluna, yəni daha sonradan əlaqələrini davam etdirdiyi sabiq nazir Eldar Mahmudova sübut etmək üçün ADAU-da iqtisadiyyat fakultəsində MTN şefinin xətri xoş olsun deyə baralyefin açılışını etmiş və eyni zamanda Əhməd Mahmudovun adını daşıyan 215 nömrəli adutoriyanı təşkil etmişdi. Təbii ki, Əhməd Mahmudov bir akademik kimi Azərbaycan elmində tutduğu alim kürsüsü danılmaz olsada onun məhz ADAU-da adına açılan auditoriyanın kimə və ya nəyə xidmət göstərməsi hamıya gün kimi aydın idi. Bəlkə də bu hadisənin başında CİA.az saytında dərc olunmuş "Brilyant"biznesinin durması ola bilərdi.

Professorla "brilyant Sevanın" biznesi

Bakıda, eləcə də Yasamalda məşhur olan Sevda adlı qadın var. "Sələm Seva", "brilyant Seva” adı ilə tanınır. Əldə etdiyimiz məlumata görə, Mirdamət Sadıqovun brilyant biznesini Seva idarə edir: "Professorun brilyant biznesi var. İdarəsini Sevaya həvalə edib. Seva bu işlərdə professionaldır. Nə pulun, nə də brilyantın, eləcə də qızılın dəyərinin ölməsinə imkan vermir. Pul verir qızıl brilliant alır. Əvvəllər özü üçün məşğul idi bu işlərlə. İndi professor üçün işləyir. Sələm verir, qızıl alır. Briliant satışı ilə məşğul olur”.

"Başını bədənindən yox edərəm”

Məlumatlı mənbə bildirir ki, özünü hamıya ideal, vətənpərvər, işini bilən adam kimi göstərib, gözdən pərdə asmaq istəyən bu şəxsin, özbaşına və qoçu hərəkətləri universitet dönəmindən qalıb: " Professor Aqrar Universitetdə rektor işlədiyi vaxt, mən orada davamiyyətə nəzarət edirdim. Həmin vaxt imkanlı ailələrin uşaqlarının dərslərdə iştirak etmədiyini görüb, üzərimə düşəni etdim. Professor məni çağırdı ki, mənim işlərimə niyə burun soxursan. Başın girməyən yerə bədənini soxma. Yoxsa o başı bədənindən yox edərəm. O məsələdən sonra Universitetdə bir müddət işləyib, istefa verdim. Çünki gördüm ki, təhlükəli adamdır. Bir rektor işçisini ölümlə hədələyirsə, artıq bu onun xislətindən gələn bir haldır. Nə vaxtsa gerçəkləşdirər. İndi İsmayıllını da eyni üsulla idarə edir. Təhdid və şantajla...”

Ümumiyyətlə Mir...

Daha bir ilginc iddia isə MTN-in "brilyant əməliyyatı” ilə bağlıdır. Məlumatlara görə, sabiq nazirin əsas gəlir yerlərindən biri brilyant biznesi olub. Bu fakt bəzi dairələrə çoxdan məlum olsa da, bu biznesi işdən çıxarılanadək E.Mahmudovun nəzarətindən çıxarmaq mümkün olmayıb. MTN əməkdaşlarının aeroportda xüsusilə Dubaydan gələn sərnişinlərin ayaqqabısınadək axtarması yeni xəbər deyil.
MTN-in icazəsi olmadan ölkəyə bir karat belə brilyant keçirmək mümkün deyilmiş. Gizli olaraq bu işə girişmək istəyənlərin isə axırı yaxşı olmayıb, aeroportda ələ keçənlərin təkcə gətirdikləri yox, bütün var-dövləti əlindən alınıb.

Üstəlik, daş-qaşla ələ keçən adamlara deyilirmiş ki, bu tapşırıq hakimiyyətdəki çox nüfuzlu bir soyaddan gəlib və MTN-in brilyant biznesinə heç bir aidiyyəti yoxdur. Xəbərlərdə deyilir ki, sabiq nazirin bu biznesinə nəzarəti bir neçə gün əvvəl həbs olunan MTN-in idarə rəislərindən birinin müavini Füzuli Ələsgərzadə və MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev həyata keçirirmiş. Bu biznesdən ildə milyonlarla dolların qazanıldığı da deyilir.

(arqument.az)

Xəbər 3072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +