AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.02.2017  12:46 

Tanınmış alim Ukraynadakı səfirimizdən Prezidentə şikayət etdi - MƏKTUB + FOTOLAR





A+  A-


Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Aydın Salmanov Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı Prezident İlham Əliyevə şikayət xarakterli məktub ünvanlayıb.

XəzərNews.az bildirir ki, bir nüsxəsi də Modern.az saytına ünvanlanan  məktubun mətni təəssüfedici, düşündürücü, ölkəmiz və Ukraynadakı diplomatik korpusumuz adına rüsvayedicidir. Məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident!

Ukraynada fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəz  Sizə dərin hörmət duyur və bizim elm, təhsil və tibbi sahələrində Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına yönəldilmiş fəaliyyətimizi dəstəklədiyiniz üçün minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident!

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyevin Ukraynaya gəlişindən bu günə kimi bizim Səfirliklə əməkdaşlığımızın dayandırılması haqda Sizi məlumatlandırıram.

Bizim səfirlə görüşüb mümkün əməkdaşlığı müzakirə etmək üçün çoxsaylı cəhdlərimiz heç bir nəticə vermədi. Hətta, cari ilin 26 yanvar tarixində səfirin köməkçisi Anar Əliyev bildirdi ki, cənab Azər Xudiyev və rəsmi Bakı bizim fəaliyyətimizi artıq dəstəkləmir və təşkilatın adının dəyişdirilməsini və ya ümumiyyətlə bağlanmasını tövsiyə edir. Bizim rəsmi şəxslərin belə mövqeyinə təəccübləndik və məlum qərarın səbəbini öyrənmək istəyirik.

Cənab Prezident,

Bizim təşkilatın fəaliyyətinin dayandırılması haqda Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi tərəfindən qoyulan suala aydınlıq gətirməyiniz üçün Sizə müraciət edirik. Biz hesab edirik ki, təşkilatın beynəlxalq statusunu və çoxsaylı əməkdaşlarının mövcudluğunu nəzərə alsaq, bu addım Azərbaycanın nüfuzuna mənfi təsir göstərəcək.

Bizim təşkilatımız 10 ildir fəaliyyət göstərir. O, dünyanın müxtəlif  ölkələrindən, o cümlədən Azərbaycan və Ukraynandan 76 məşhur alimi birləşdirir. Onların arasında 9 akademik və 36 professor var. Onlardan 7-si Ukrayna - Azərbaycan münasibətlərinə əhəmiyyətli töhfə verdiklərinə görə müxtəlif vaxtlarda Azərbaycan səfirliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıblar.

Biz hər il görkəmli alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfranslar keçiririk. Onun xatirəsinin əbədiləşdirilməsi üçün elm, təhsil və tibb sahələrində beynəlxalq mükafat tərtib etmişik, eləcə də, onun adını daşıyan elektron kitabxana açmışıq.

Bundan əlavə, Zərifə xanımın xatirəsinə həsr edilmiş beynəlxalq jurnal tərtib etmişik. Jurnalın Redaksiya Şurasına Avropa Birliyinin 12 ölkəsindən, habelə ABŞ-dan, Azərbaycandan, Ukraynadan və MDB-nin digər ölkələrindən olan alimlər daxildir.

Sizi məlumatlandırıram ki, müəllifliyimlə 300 elmi iş dərc edilib, 31 kitab çap olunub (dərslik və elmi monoqrafiyalar), onlardan 25-i mənim müəllimim və rəhbərim, görkəmli alim oftalmoloq, akademik Zərifə xanımın parlaq xatirəsinə həsr olunub. Bu kitablar beynəlxalq elmi forumlarda, o cümlədən Stohkolumda, Kopenhagendə, Osloda, Münhendə, Praqada, Varşavada və Kiyevdə təqdim olunub.

Mən 5-ci kateqoriyanın 8-ci ranqlı statusu almış dövlət qulluqçusuyam. Tərəfimdən 3 qanun layihəsi, Nazirlər Kabinetinin 9 qərarı, Ukraynanın Səhiyyə Nazirliyinin 18 əmr və 27 hüquqi normativ aktı hazırlanıb.

Ukrayna – Avropa Birliyi Assosiasiyası çərçivəsində elm, təhsil və tibb sahələri üzrə ekspert qrupunun üzvüyəm. Avropa Birliyinin Antibiotiklərin sınaqdan keçirilməsi Ali Komitənin üzvüyəm. Nazirlər Kabineti və Ukraynanın Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışam.

Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəz ümid edir ki, bizim fəaliyyətimiz Siz tərəfdən obyektiv qiymətləndiriləcək və təşkilatın bağlanılması sualı gündəmdən çıxarılacaq. Eləcə də ümid edir və gözləyirik ki, bizim rəsmi Bakının strukturları ilə əməkdaşlıq etmək məqsədi ilə əlaqələrin yaradılması üçün lazımi şərait və imkanlar yaradılacaq.

Hörmətlə

Aydın Salmanov,

professor, tibbi elmlər doktoru”.

 

***

Məktubdan da göründüyü kimi, dünyada hörmətlə qəbul edilən, sayılıb seçilən professor Aydın Salmanovu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev nəinki qəbul edib, hətta köməkçisi vasitəsi ilə ondan rəhbəri olduğu Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəzi bağlamağı tələb edib.

Mövzuya əlavə şərh vermədən qeyd edək ki, səfir Azər Xudiyevin bu hərəkətləri yəqin ki, məktubun ünvanlandığı Prezident Administrasiyası və Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən ciddi araşdırılacaq, məsələyə dərhal münasibət bildiriləcək, ölkə Prezidentinin anası, məşhur alim, akademik Zərifə xanımın adını daşıyan Beynəlxalq Elmi Tibbi Mərkəzin bağlanılması tələbinin arxasında duran “pünhan” səbəblərə aydınlıq gətiriləcək. 

Təəssüflə qeyd edirik ki, Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyinatının “qırxı çıxmayan” Azər Xudiyevlə bağlı təkcə bu fakt deyil, ümumiyyətlə son günlər onun haqqında mətbuatda xoşagəlməz məlumatların ardı-arası kəsilmir. Buna səbəb isə yeni səfirin məhz səfir kimi təcrübəsizliyi, Ukraynada yaşayan çoxminli soydaşlarımıza qarşı soyuq münasibəti, yanlış kadr siyasəti və digər ciddi məsələlər göstərilir. Qeyd olunur ki, keçmiş səfir Eynulla Mədətlinin dönəmində az-çox rahatlanan Ukrayna azərbaycanlıları, xüsusən də tanınmış ziyalılar yeni səfir Azər Xudiyevin qısa zamanda apardığı dağıdıcı və yarıtmaz siyasətindən narahat olmağa başlayıblar. 

Qeyd edək ki, Professor A.Salmanova görkəmli oftalmoloq alim Zərifə Əliyevanın rəhbərliyi altında həkimlik peşəsini təkmilləşdirmək nəsib olub. A.Salmanov Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Cərrahlıqda risklərin idarə edilməsi”, “İnfeksiya nəzarəti standartları” və daha bir neçə sanballı kitabların müəllifidir.

A.Salmanov P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyası Mikrobiologiya və epidemiologiya kafedrasının rəhbəridir. Hansı ki, bu Akademiya Şərqi Avropada ən böyük təhsil müəssisəsidir. Burada onlarla akademik, yüzlərlə  professor, tibb elmləri namizədi çalışır. Onların arasında 33 əməkdar elm və texnika xadimi, 33 Dövlət Mükafatı laureatı, 87 əməkdar həkim, təhsil işçisi var. Hər il Akademiyada Azərbaycan, Almaniya, Yunanıstan, Gürcüstan, Hindistan, İran, Kanada, Çin, ABŞ, Fransa və digər ölkələrdən 25 mindən çox həkim və əczaçı təhsil alır.

A.Salmanov həmçinin Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukraynanın Milli əlaqələndiricisi, Ukrayna Səhiyyə Nazirliyinin Lisenziya Komissiyası və Mərkəzi Formulyar Komitəsinin eksperti, Barselonadakı Avropa Mikrobioloqlar və İnfeksiyaçılar Cəmiyyətinin üzvüdür. O, Milli İnfeksiya Nəzarəti Konsepsiyası, Ukraynanın iki qanunu və 27 normativ hüquq aktın, 215-dən çox elmi işin, o cümlədən tibb universitetlərinin tələbələri üçün 11 monoqrafiya, dərslik və metodiki vəsaitin müəllifidir. 

Professor Aydın Salmanov haqqında aşağıdakı linkdən daha ətraflı məlumat əldə etmək olar:

http://www.infectioncontrol.org.ua/?page_id=187&lang=en

 



Xəbər 2241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +