“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


05.12.2020  10:43 

Bakıda ad günü keçirib video paylaşanlar cəzalandırıldı





A+  A-

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər.

Bir daha diqqətə çatdırılıb ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur.

Xəbər 1909 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +