“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


28.08.2019  17:11 

Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə





A+  A-

Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni idarəetmə metodunun hazırlanması işlərini davam etdirir.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqdadır.

Həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.

Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbər 1395 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +