“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


28.08.2018  17:12 

Həbsdəki biznesmenlə bağlı yeni xəbər var





A+  A-

“AccesBank”ın şikayəti əsasında tanınmış biznesmenin həbs edilməsi hadisəsi ilə bağlı yeni faktlar məlum olub.
XəzərNews.az xəbər verir ki, Avtosfer.az-ın Nərimanov rayon Məhkəməsindən əldə etdiyi məlumata görə, bankın Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilmiş yeganə biznesmen Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov deyil. Bildirilir ki, “AccesBank” kredit götürərək müxtəlif formada ödənişdən yayınan bir neçə iş adamı barəsində hüquq-mühfizə orqanlarına müraciət edib. Həmin biznesmenlər arasında bir müddət əvvəl xuliqanlıq və dələduzluq kimi cinayətlərdə təqsirli bilinən 1961-ci ildə Şirvan şəhərində anadan olmuş Xanməmmədov Azadxan Allahqulu oğlunun da adı var. Belə ki, A.Xanməmmədov bankdan götürdüyü külli miqdarda pul kreditini geri qaytarmaqdan imtina edib. Nəticədə ümumilikdə cərimə və faizlərlə birlikdə 5 milyon manatdan artıq (3 milyon dollar) kredit borcu yaranıb və bu səbəbdən də bank iş adamının barəsində müvafiq tədbirin görülməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha əvvəl isə o, xuliqanlıq əməlində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

A.Xanməmmədovun adı bir sıra digər qalmaqallarda da hallanıb.

Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +