“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


13.06.2017  23:16 

Əflatun Amaşov: “İnternet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir”





A+  A-

“Məncə mediamızın iqtisadi durumunu medianı təmin edəcək dərəcədə qura bilməmişik. Necə ki, qəzetlərimiz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşir, eləcə də internet üzərindən yayımlanan resursların fəaliyyəti nəzərə alınmalıdır”.
XəzərNews.az bildirir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclkisin deputatı Əflatun Amaşov Modern.az-a saytına açıqlamasında deyib.
Deputat deyib ki, internet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir.
“Bu təşəbbüsü bir neçə dəfə qaldırmışam və mənim diqqətimdədir. İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Çünki ictimai fikrin formalaşmasında internet resusrlarının rolunu nəzərə almalıyıq. İndiki şəraitdə dərindən analiz aparsaq, fəaliyyət göstərən internet resurslarına ayrı-ayrı adamlar daha yaxındılar”.
Mətbuat Şurasının sədri bildirib ki, internet medianın maliyyələşməsi əsasən ayrı-ayrı adamlar vasitəsilə həyata keçirilir.
“ Bu da məlumatın cəmiyyətə obyektiv şəkildə ötürülməsində maneə ola bilir. Əgər internet medianı dövlət maliyyələşdirsə, cəmiyyət bundan udar. Cəmiyyət daha çox obyektiv informasiyalar əldə edər. Eyni zamanda, KİV və internet resursları bundan gəlir əldə edər. Öz fəaliyyətlərini daha obyektiv, şəffaf qura bilər. Bundan isə Azərbaycan mətbuatı daha çox uğur qazanar”.

Xəbər 1185 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +