“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.01.2024  12:08 

Dini Komitə bəyanat yaydı... - ABŞ-ın məlum hesabatı ilə bağlı





A+  A-

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də, ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsinə dair yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, 2013-cü ildən bəri BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulması iddiası ilə Dövlət Katibi tərəfindən Azərbaycanın “xüsusi izləmə siyahısı”na daxil olan ölkə kimi təyin edilməsini Dövlət Departamentinə tövsiyə edib, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayıb.

“ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edilməsi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir.

Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir.

Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sözdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq, müsəlman abidələrinə qarşı törədilmiş vandalizmə münasibətdə isə dözümlü yanaşma sezilir. Eyni zamanda Komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları vardır.

Sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarixi-mədəni və dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim etmişdir.

Bildiyiniz kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılmışdır. Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə yararsız, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi də qismən yararlı vəziyyətdə saxlanılıb ki, onu da dünyaya özlərini “tolerant” göstərmək məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması niyyətini müşahidə etməmişik. Buna baxmayaraq, Azərbaycan Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsini, hətta oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxlamışdır.

Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmamışdır.

Eyni zamanda Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir. Komissiyanın heyətinə qərəzli erməni əməkdaşın cəlb edilməsi onun mahiyyətini bir daha sübut edir”, - bəyanatda bildirilir.

Xəbər 5415 dəfə oxunub.




14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +