Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


20.07.2023  18:43 

Azərbaycan XİN Paşinyana cavab verdi





A+  A-

"Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı çıxışında, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşə istinadən Laçın yolu ilə bağlı son 8 ay ərzində təkrarladıqları iddianı bir daha xüsusi vurğulaması Ermənistan tərəfinin bu məsələdən siyasi məqsədləri üçün istifadə etməklə yanaşı, son zamanlar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyətini nümayiş etdirir".

XəzərNews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub.

Bəyanatda qeyd olunur: "Vətən müharibəsindən sonra Laçın yolunda Ermənistanın apardığı qeyri-qanuni fəaliyyətin sübut olunaraq, bu fəaliyyətin dayandırılmasına Azərbaycan tərəfindən çağırışlar edildiyi hər kəsə məlumdur. Bu fəaliyyətə məhəl qoyulmaması nəticəsində, Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın sərhəd buraxılış məntəqəsini yaradaraq son bir neçə ay ərzində həm yüklərin, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada keçidini təmin edib.

Bu xüsusda, məntəqənin mövcudluğunun yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır. Hətta, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiq etdiyi məlumdur. Ermənistan tərəfinin 15 iyun tarixində məntəqəni atəşə tutması, Azərbaycan sərhədçisini yaralaması, qaçaqmalçılıq cəhdləri etməsi Ermənistanın son 30 ildə Azərbaycan ərazilərinə qarşı təcavüzü və qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini göstərib, bununla Laçın məntəqəsinin labüdlüyü bir daha təsdiqlənib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan tərəfindən təklif olunan “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini sübut edir.

Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan baş naziri, erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir.

Azərbaycan və Ermənistanın sərhədləri hansı çərçivədə delimitasiya etməsindən asılı olmayaraq, Ermənistanın erməni silahlı qüvvələri tam olaraq Azərbaycan ərazisindən çıxarılmaq öhdəliyini yerinə yetirməməsi, əraziyə maliyyə dəstəyini davam etdirməsi və ərazi iddialarını müxtəlif məktublarda, bəyanatlarda və çıxışlarda vurğulaması şəraitində prosesin uğursuzluğa düçar olmasına çalışdığı hər kəsə aydındır və bu istiqamətdə manipulyasiyalar əsassızdır.

Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi, bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir".

Xəbər 1057 dəfə oxunub.




08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +