Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


22.06.2023  17:30 

XIN Paşinyana cavab verdi





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq "qeyri-qanuni blokada" tətbiq etməsinə dair cəfəng fikirləri qətiyyətlə rədd edirik.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

“Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvaviq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.

Görünən odur ki, Ermənistan tərəfi 2020-ci ildən sonra Laçın yolu vasitəsilə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətdən məhrum olduğu, habelə erməni sakinlərin məntəqədən keçid zamanı Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmadan narahat olduğu üçün bu kimi təxribatlara əl atmaqdadır. Ərazidə “humanitar böhran” olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur.

30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümuməsidir.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.

Ermənistanın qeyd edilən məsələdən ənənəvi təcavüz siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir.

Ermənistan tərəfindən səsləndirilən və Azərbaycanın suverenliyini hədəf alan bu tipli fikirlər, habelə bölgədə törədilən hərbi təxribatlar bu ölkənin "sülhün bərqərar olması üçün hər cür səy göstərən" tərəf olduğuna dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir”, - deyə açıqlamada deyilir.

Xəbər 1070 dəfə oxunub.




08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +