Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


13.06.2023  10:49 

Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır





A+  A-

SSRİ can verib son günlərini yaşayan zaman Bakı şəhərində kiçik bir məmur öz şanlı kabinetində Mixail Qorbaçovun poriterini asmışdı. Həmin şəxsdən o zaman soruşurdular ki, bu şəkli niyə otaqda saxlamısan. Kabinetinə vurğun olan həmin şəxs cavab verirdi ki, mən SSRİ-nin dağılacağına inanmıram.

Bu gün də Azərbaycan telekanallarında bəzi siyasi ekspertlər Rusiyanın Ukraynadakı qələbəsindən danışır. Qərbə hiddətini bildirərək Rusiyanın işğal faktına haqq qazandırırlar. Günah həmin rus sevdalılarını analitik verilişlərə dəvət edən şəxslərdədir.

Onların kimin maraqlarına xidmət etdiyini bilmirik. Amma belə fikirlər ictimai fikirdə yanlışlıq yaradır. Onu unutmaq olmaz ki, bu müharibədə Rusiya yalnız pirr qələbəsinbə nail ola bilər.

Bizdə antirus əhaval-ruhiyyəsi yoxdur. Rus mədəniyyətini, ədəbiyyatını, poeziyasını, hətta rus qızlarını da sevirik. Lakin Rusiya işğalını, rus şovinizmini qəbul etmək mümkünsüzdür. Məhz bu gün ona görə, Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edirik. Çox müsbət haldır dünyanın əsas aparıcı dövlətləri, xalqları həm öz hədəfləri naminə, həm də dünyanın maraqları çərçivəsində olsa da, bu gün Ukraynaya dəstəyini əsirgəmirlər. Nəticədə isə Ukrayna bütün itkilərə baxmayaraq, kifayət qədər toparlanıb və öz torpağını azad etməyə hazırdır. Hər zaman dualarımız haqqın yolunda olanlarladır.

Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olar ki, Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır. Bəs, bu müharibə necə başa çata bilər?

Birinci versiya ondan ibarətdir ki, bütün lazımı dəstəyi aldıqdan sonra Ukrayna ordusu öz torpaqlarını azad edərək bütün ölkə ərazisində konstitusion hüquqlarını bərqərar edəcək, işğala son qoyacaq.

İkinci versiya odur ki, Rusiya daxilində dəyişiklik ola bilər. Putin hansısa yolla aradan götürülür və nəhayət yeni hökümət danışıqlara başlayır.

Üçüncü versiyaya əsasən onu ehtimal etmək olar ki, Rusiyada çox milyonlu xalq kütlələri müharibədən, itkilərdən, iqtisadi vəziyyətdən bezib ayağa qalxar. Və ölkənin faktiki rəhbərinə deyər: “Putin gedirsən bəhanəsiz get”. Təbii ki, Putini rahat şəkildə yola salmaq inandırıcı deyil. Lakin siyasətdə, idarəetmə sistemində heç kimin düşünmədiyi gözlənilməyən anlar, sürpriz dəyişiklər baş verə bilər. Hər halda yaşayarıq görərik. Ehtimalları artırmaq olar.

Mənim qənaətimcə, Qərb Rusiyanın tamamilə dağılmasını istəmir. Çünki bu imperiyanın çöküşü prosesin müsbət tərəfləri ilə bərabər regionda dağıdıcı qüvvələrin peyda olmasına gətirib çıxara bilər. O baxımdam gücdən düşmüş, parçalanmış, uzun illər hərbi infrastrukturuna qadağa qoyulacaq və nəhayət tam asılı vəziyyətə düşən Rusiyanı görmək Qərbin hədəfləri ola bilər.

Əkrəm Bəydəmirli

Xəbər 1169 dəfə oxunub.




08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +