Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


08.11.2022  10:12 

Ekspertdən təhsil nazirinə çarpaz suallar...





A+  A-

Hörmətli Elm və Təhsil naziri Emin Əmirullayev son 5 çıxışında bildirir ki, mətbuatda təhsil ilə bağlı gedən müzakirələr məişət səviyyəsində həyata keçirilir. Hörmətli Emin müəllim, axı sizin özünüzün və rəhbərlik etdiyiniz kollektiv - nazirliyin müzakirə edilməli elmi bir fəaliyyəti yoxdur. Necə olmayan bir şeyi müzakirə edək?

Misal üçün, dəyərli Emin müəllim, sizin nazir olduğunuz iki ildən artıq müddət ərzində bir dənə rəsmi dövlət qəzetlərində təhsilə, elmə aid məqaləniz varmı?

Sizin bütün fəaliyyətiniz dövründə bir dənə elmi-tədqiqat işiniz, SCOPUS və ya Web of Science jurnallarında məqaləniz varmı ki, biz onu oturub müzakirə edək?

Deyəcəksiz ki, siz inzibati işdəsiniz, vaxtınız yoxdur buna. Elə isə sizinlə eyni statusda olan bir neçə həmkarlarınızdan sitat gətirim. Özü də, Biləcəridən o tərəfində olanlardan:

1. YöK başkanı: Prof. Dr. Erol Özvar: h index 10, researchgate hesabı var, Scopus da 1 məqaləsi var.

2. Almaniyanın Elm və Təhsil naziri Stark-Watzinger. Deməli onun Springer-də çoxlu elmi məqaləsi var.

3. Rusiyanın Elm və Təhsil naziri Sergey Kravtsov- Researchgate 32 -dən çox elmi məqaləsi var.

Siyahını çox uzadıb, hətta Afrika ölkələrindən də sitatlar gətirə bilərəm, amma sizə olan sonsuz hörmətimdən siyahını uzatmaq istəmirəm.

Təkcə sizin yox, cənab nazir, sizin 3 müavininizin, aparat rəhbərinizin, kursdan gətirib yerini vakansiya çıxarmadan şöbə müdiri təyin etdiyiniz keçmiş müdiriniz olan Elnur Əliyevin də ümumiyyətlə təhsilə aid yerli mətbuatda bir yazısı, məqaləsi yoxdur ki, bilək təhsil hara gedir? Gələcək strategiya nədir?

Ümumiyyətlə sizin qurum ölkədəki elm və təhsil prosesinin iştirakçısı deyil, bunu DİM-in təşkil etdiyi bütün növ imtahanlardan açıq şəkildə görmək olar.

Emin müəllim, bəlkə sizin, sizin digər əməkdaşlarınızın sosial şəbəkə hesablarında maraqlı, DATA ilə zəngin bir dənə informasiya var, onu müzakirə edək?

Amma hamam səhifəsini rəsmi qurumun hesabı izləyir, bax əlimizdə bu informasiya olduğu üçün, bunu müzakirə edirik.

Siz rəsmi tədbirlərdə müəllimləri düzgün yaza bilməməkdə ittiham edirsiniz, amma öz əməkdaşlarınız 1 slayda 11 səhv edir, bax bu sizin yanaşmanıza görə müzakirə edilir.

Şagird davranış qaydalarına görə onlara saqqal ilə təhsil müəssisələrində gəlmək qadağan olunur, amma öz aparat rəhbəriniz, İctimai Şuraya təyin etdiyiniz şəxs saqqal saxlayır və müəllim işləyir. Yəni ölçmə alətləriniz ədalətli deyil.

Hörmətli nazir, deyirsiniz ki, müzakirəyə açıqsınız, hardadır o müzakirə?

Siz müzakirəyə açıq biri deyilsiniz. Özünüz də, rəhbərlik etdiyiniz kollektiv də. Siz həqiqətən də elmin inkişafını, təhsilin inkişafını istəyən və bu istiqamətdə düşünən, çalışan şəxsləri persona non grata elan etmisiniz. Siz elmi, təhsili kiminlə müzakirə edirsiniz, xəbəriniz varmı?

Dəyərli Emin müəllim, mən sizinlə İctimai Şuraya keçirdiyiniz "seçki"ləri müzakirə edim?
Yoxsa dövlət qulluğuna çıxarılmadan həyata keçirilən təyinatlarınızı?

Yoxsa noyabr ayı olmasına baxmayaraq, kitabla təmin olunmayan şagirdlərimizi?

Mən sizinlə PİSA, TİMSS, PİRLS kimi beynəlxalq qiymətləndirməni müzakirə etmərəm. Çünki sizin bu istiqamətdə heç bir tədqiqatınız yoxdur. Hansısa bir tədbiri təşkil etmək, bu növ qiymətləndirməni təşkil etmək bu barədə ciddi elmi bazaya malik olmaq demək deyil. Sizdən əvvəl də bu proses var idi.

Hörmətli Elm və Təhsil naziri Emin Əmirullayev, siz televiziya və tədbirlərdə son dörd çıxışınıza baxın, görün hansı ciddi problemləri qabardıb, müasir çağırışları qeyd edibsiniz?

Misal üçün, son ancaq xüsusi dəvətnamə ilə təşkil etdiyiniz III Beynəlxalq konfransda olan çıxışınızda qeyd etdiyiniz mətbəx səviyyəsində müzakirə kimi terminlər oraya gəlmiş xarici qonaqlara necə maraqlı ola bilər?

Hörmətli Emin müəllim, sizə bir şey deyim, siz adil və ədalətli deyilsiniz.

Siz çox qısqanc birisiniz. Siz bu komanda ilə heç vaxt uğur əldə edə bilməzsiniz.

Sizin və komandanızın heç bir sosial bazanız yoxdur. Amma milyonlarla insanın siz təyin olunanda çox böyük ümidləri var idi.

Hər kəs sosial lift faktoruna inanırdı. Sizin lap aşağıdan yuxarıya doğru qalxdığınız kimi. Sizə yol açıldığı kimi, sizin də həqiqətən də bilikli, savadlı, bacarıqlı şəxslərə yol açıb həqiqətən də inkişafa doğru çalışacağınıza inanırdılar.

Amma nə baş verdi? Siz daha çox yaltaqlara yol açdınız, heç bir faydalı iş əmsalı olmayanlara qapı açıldı, təyin edildi.

Hə, sizinlə heç bir elmi yükü olmayan təhsilin inkişafında payı olmayan qrant müsabiqələrini müzakirə edək?

Yoxsa MİQ imtahanında sualların satılmasını müzakirə edək?

Və ya, Təhsil İnstitutunun rəhbəri ABŞ-a getmişdi, maraqlı və vacib bir tədbirdə iştirak etmək üçün. Bəlkə o səfər ilə bağlı bir məqalə yazıb, DATA paylaşıb ki, onu müzakirə edək?

Yoxsa mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sayt və tv-lərə məni Persona non grata elan etməyinimi? Və ya onun direktorları çağırıb tapşırıq verib əleyhimə yazmalarınımı?

İnanın ki, sizə olan hörmətim, diqqətim daima sonsuz olub.

Bunu dəfələrlə demişəm. Amma bu o demək deyil ki, mən də sizin kimi ədalətsiz olacağam.

Cənab nazir, siz nəsinizsə, necəsinizsə və nəyi ortaya qoyubsunuzsa, o səviyyədə də müzakirələr aparılır.

Sizə yaxın günlərdə, müzakirə etməli maraqlı mövzuları yazacam, arzu etsəniz, qoşularsınız.

Kamran Əsədov
Təhsil eksperti




Xəbər 1013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +