Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


18.02.2024  10:49 

Jurnalist nevroloq Könül Hacıyevanı biabır etdi





A+  A-

"Gedib çıxdıq bu gün nevroloq Könül Hacıyevanın yanına. Ünsiyyətimiz ondan başladı ki, həkimin qəbuluna girməzdən öncə qiyməti 75 manat olan EEG aparatından keçməlisən. Əks halda həkimin asistenti İlhamə xanım xəstəni qəbula yazmır. Mənim həkim bir pasiyenti müayinə edər sonra aparata göndərər kimi dəlillərim də bu asistentin ürəyini yumşaltmadı. 75 manat EEG aparatı və 85 manat həkim qəbuluna (160 manat) öncədən vəsait keçirəndən sonra ancaq anamı sıraya aldılar".

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Nailə Balayeva çıxış edib.

Jurnalist xanım qeyd edib ki, EEG edib əlimizə bir rapor olan kağız verdilər:

"İlhamə adlı köməkçidən soruşuram ki , bəs bu raporu kim yazıb , niyə imzası yoxdur? Xanımı od vurdu sanki. Girdim EEG həkiminə sənədi imzalatdım. Onda da Könül Hacıyavanın qəzəbinə gəldim. Bilmirəm bu imza nə məsələ idisə hamı təşvişə düşdü. Dedi "ananızı qəbul etmirəm , biləsiz ki mən polkovnikam indi polis çağırıb Sizi ona təhvil verəcəm". Mühafizə də gəldi ki, bəs bizim fotomuzu çəkmisiz. Telefonunuzu açın silin yoxsa klinikadan Sizi buraxmayacağıq. Mən bilmirəm bu Nevroloq Dr. Könül Hacıyevanın fotolarının internetdə dolu olduğu bir halda mən niyə fotosunu gizli çəkməliyəm. Nə isə nevropotoloq polkovnik çıxdı. Həkimin təhdidləri, köməkçinin təhqirlərindən sonra 102-ə müraciət etməli oldum. Ümid qalır bizim şanlı polisimizə. Görək bu polkovnik rütbəli Nevroloq Dr. Könül Hacıyevanın gücü nədədir ki, xəstə yaxınlarını qorxmadan təhdid edir və xəstələrə sənə baxmıram deyib etinasızlıq göstərir? İndi də hörmətli polkovnik nevroloqun şəklini internetdən götürüb qoyuram ki, bəlkə başa düşər ki, onun qapısında hər hansı gizli çəkiliş etməyin məntiqi yoxdur) Xahiş edirəm TƏBİB və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi də məsələ ilə bir maraqlansın".

Qeyd edək ki, N.Balayevanın açıqlaması sosial şəbəkələrdə ciddi müzakirə olunur və hamı Səhiyyə Nazirliyindən nevroloqun cəzalandırılmasını tələb edir.

Xəbər 5240 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +