27.12.2023 10:34
Tibbi Sığortadakı problemlər necə həll oluna bilər?
“İcbari Tibbi Sığorta (İTS) ilə bağlı əsas məsələ ilk növbədə insanların sağlamlığıdır. Burada bir neçə faktora diqqət yetirmək lazımdır.
Xəzərnews.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor Zahid Məmmədov İcbari Tibbi Sığorta sahəsindəki problemləri “AzPolitika.info”-ya şərh edərkən deyib.
Professor hansı faktora diqqət yetirmək lazım olduğunu da açıqlayıb:
“Birincisi, araşdırma aparmaq lazımdır ki, İTS-nın tətbiqindən sonra bu sahədə hansı nəticələr əldə olunub? Xəstəliklərin sayı azalıb, yoxsa artıb?
İkincisi, nəzərə alınmalıdır ki, xarici ölkələrdə xəstəliyin qarşısını almaq üçün daha çox ambulator, yəni poliklinika xidmətlərinə üstünlük verilir.
Üçüncüsü, müəyyən etməliyik ki, zərərli vərdişlərdən əl çəkməyib, tibbi sığortanın geniş imkanlarından istifadə edən vətəndaşlar varmı?
Dördüncüsü, vətəndaşlar pulsuz olduğu üçün bu xidmətlərdən daha geniş şəkildə istifadə edə bilirləmi? Bütün bunlar mütləq yoxlanılmalıdır”.
Professor Zahid Məmmədov qeyd edir ki, vətəndaşların ödədikləri məbləğ qarşılığında tibbi sığorta xidmətlərindən eyni səviyyədə istifadə edib-etməmələri araşdırılmalıdır:
“Nəzərə almalıyıq ki, artıq bazar iqtisadiyyatıdır. Bazar iqtidsadiyyatında hər bir insanın etdiyi ödəniş qarşılığında ona xidmət təklif olunur. Maraqldır ki, Siz yüksək ödənişin qarşılığında, heç ödəniş etməyən və cuzi ödəniş edən şəxslə bərabər eyni xidmətdən yararlana bilirsinizmi? Məsələn, bir adam tibbi sığorta üçün aylq 300 manat, digəri isə iki manat ödəyir. Belə olan halda onlar necə eyni xidmətdən istifadə edə bilərlər?”.
Z. Məmmədovun sözlərinə görə, sözügedən sahə ilə bağlı çox ciddi təqdiqat işlərinə ehtiyac var:
“Məsələn, bu yaxınlarda Rusiyada tibbi sığorta ilə balı araşdırma aparılmış, nəticələr ictimaiyytə açıqlanmışdı. Bizdə də belə bir sorğu aparılmalıdır. Sual qoyulmalıdır ki, tibbi sığorta bu gün həkimləri qane edirmi? Pasientlər bu sistemdən razıdırlarmı? Düşünürəm ki, bu sorğuların nəticəsinə uyğun qərarlar vermək lazımdır”.
“Bu gün İTS-nın imkanları yetəri səviyyədədir. Sadəcə bu sahəyə keyfiyyətli xidmət sistemini gətirmək lazımdır. Bu gün xəstəxanalarda iynə atsan yerə düşmür. Halbu ki, rayonlarımızda kifayət qədər yüksək səviyyəli xəstəxanalar var. Bu zaman sual ortaya çıxır ki, rayonlardan Bakıdakı xəstəxanalara axın nə ilə bağlıdır?
Bu gün baxmalıyıq ki, rayondan paytaxtdakı xətəxanalara üz tutanların sayı nə qədərdir? Bunların hamısı tədqiqatlara əsaslanan məsələlərdir. Sovet dönəmində xəstələr kurortalara göndərilirdirlər. İndi də belə br sistemə ehtiyac var. Maraqlıdır TƏBİB-in kurort sitsemi varmı, yoxdursa nə etmək lazımdır? Hesab edirəm ki, biz ölkədəki sanatoriya sistemini də genişləndirməli və inkişaf etdirməliyik”, - deyə professor əlavə edib.
Xəbər 3944 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|