Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


18.08.2023  09:56 

Tolerant birgəyaşayışın “silinən” izləri





A+  A-

Ötən illərlə müqayisə edilərsə, bunu tarixi ədalətsizlik kimi xarakterizə etmək əsla düzgün sayılmaz. Bu, əlbət ki, tarixi zərurətdən yarandı: Sovetlər Birliyinin dağılması nəticəsində onların da geriyə köçü qaçılmaz hal aldı. Baxmayaraq ki, onlara və həm də digər xalqlara qarşı bir dəfə də olsun milli və dini dözümsüzlük halı yaşanmayıb. Ana vətənlərinə dönüşü və ölkənin iri şəhərlərinə köç etmələri səbəbindən bir zamanların böyük yaşayış məntəqələrində məskunlaşmış bu insanların sayı kəskin azalmağa başladı. Elə yaşayış məntəqələri vardır ki, orada hətta barmaqla sayılacaq qədər sayları qalıb, onlar da əldən-ayaqdan düşmüş kimsələrdir. Amma ötən illərin izi hələ qalmaqda, ruhu da yaşamaqdadır.

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” layihəsi çərçivəsində həmin abidələrin mövcud durumunu araşdırıb.

İki əsr öncə “rus köçünün” arxasında hansı niyyətin, alt qatında çar Rusiyasının hansı siyasət yürütdüyünün gerçək tərəflərini araşdırıb isbatlamaq hər mənada çətindir. Amma əsil gerçəklik budur ki, rusların Azərbaycana axını, onların burada məskunlaşması, yerli xalqla qaynayıb-qarışması yaxın tariximizin silinməz səhifəsidir.

Onların (əsasən molakan təriqətlilərin) Azərbaycana, xüsusən də Cənub bölgəsinə köçürülməsinin (gerçəkdə sürgün edilməsinin) səbəbləri, iki əsr ərzində bir neçə nəsil dəyişikliyinə rəğmən, buranı özlərinə vətən bilmələri, yaxud bunun əksi haqda kifayət qədər yazılıb, ciddi araşdırmalar aparılıb və yenə də bu ənənə davam etməkdədir. Lakin məsələyə bir qədər fərqli mövqedən – köçkün rusların burada özlərinə həyat şəratini qurması, coğrafi şəraitə uyğunlaşması, öz adət-ənənələrini yaşatması haqda fikrimizi sizinlə bölüşmək istərdik. Məsələyə belə yanaşaq: ruslar burada nəyi əxz etdilər və yerli xalq onlardan nələri əxz etdi.



Ruslar ilk növbədə tolerant birgəyaşayışın real mənzərəsilə qarşılaşdılar. Bəlkə də heç zaman təsəvvür etməyəcəkləri səmimi qonaqpərvərliyin, diqqət və qayğının şahidi oldular. Onların özlərinə binə qurmasında, əkin-biçin, suvarma və digər işlərində yerli əhalinin təmənnasız xidmətləri olmuşdur və bunu tarixi faktlar təsdiqləməkdədir.

Tarixdən də bəllidir ki, məskunlaşdırılma əsasən, boş və əlverişsiz düzən hissələrdə aparıldığından ruslar ilk dönəmlərdə böyük çətinliklərlə qarşılaşıblar. Məhz, belə ağır bir dönəmdə yaşayış üçün zəruri qida vasitələrinin əldə olunmasında, ümumən isə, onların ayaqda durmasında, minimum həyat şəraitinin yaradılmasında yerli xalqın böyük (həm də təmənnasız) dəstəyi danılmazdır. Fərqli xalq, dünyabaxış və dini təriqətə rəğmən, Azərbaycan xalqı öz humanistliyini bir daha təsdiqləmişdir.

Ruslar tədricən öz milli “modelinin” oxşarını olduğu kimi yaratmağa müvəffəq olmuşlar: evlərin inşa üslubu, geniş və səliqəli küçələr, istirahət və əyləncə mərkəzlərinin qurulması bunun təsdiqidir. Onlar bugünün özünə kimi, (indi saylarının az olmasına baxmayaraq) öz milli adət-ənələrini qoruyub saxlamaqdadırlar və etiraf olunmalıdır ki, yerli xalqla nə qədər qaynayıb-qarışsalar da, azacıq da olsa, mədəni-mənəvi “itkiyə” məruz qalmamışlar.

Onlar ibadət yerlərinin inşasında da öz milli ornamentlərini olduğu kimi məskunlaşdıqları ərazilərə “köçürə” bildilər. Bir çox yerlərdə geniş və əzəmətli kilsələr indinin özündə də (baxımsız olmalarına baxmayaraq), öz ecazkarlığını saxlamaqdadır.

İndi fasad divarlarının müəyyən yerləri uçuq-dağınıq vəziyyətdə olan təkcə, Cəlilabad rayonunun Göytəpə (keçmiş Prişib) şəhərindəki kilsə bunun əyani sübutudur. Bu, bir daha təsdiq edir ki, yaxın vaxtlara kimi burada hər gün bir neçə dəfə kilsə zəngləri çalınmış, ibadətlə məşğul olmuşlar.

Rusların əyalətlərdən “geriyə” və ölkə ərazisindəki digər iri şəhərlərə axını Qorbaçovun “prestroykasından”, kütləvi axını isə Sovetlər birliyinin dağılmasından sonraya təsadüf edir. Bugünün gerçək mənzərəsi isə, göz önündədir: elə yaşayış məntəqələri vardır ki, indi orada barmaqla sayılacaq qədər ruslar yaşamaqdadır – onlar da əldən-ayaqdan düşmüş qocalardır. Cəlilabad, Masallı, Lənkəran və Astara rayonu ərazisindəki rus yaşayış məntəqələrinin demək olar ki, hamısında eyni hal yaşanmaqdadır.

Bu gün təəssüflə qeyd etməliyik ki, bölgədəki rus “izinin” bu sayaq silinməsinə – əsasən də kilsələrin uçulub dağılmasına seyrçi münasibətimiz nə cəmiyyət tərəfdən qınanılır, nə də dövlət səviyyəsində buna diqqət ayrılır. Biz, hələ də fərqində deyilik ki, bu kilsələrin hər biri ayrı-ayrılıqda bir memarlıq abidəsidir və onların sıradan çıxmasına seyrçi münasibət bəsləmək yolverilməzdir. Onu da unuduruq ki, bu kilsələr tolerant xalq olduğumuza, xüsusən də fərqli dini baxışlara ögey münasibət bəsləməməyimizin həm də vizit kartıdır.



Bir kilsənin, yaxud digər mədəni abidənin təmir olunaraq tarixi abidə kimi dövlət tərəfindən qorunması bir o qədər də böyük vəsait tələb etməz, yəqin. Bunu, hətta yerli icra hakimiyyətləri və bələdiyyələri də öz vəsaitləri hesabına gerçəkləşdirə və tarixi abidə kimi qoruyub saxlaya bilər. Niyə də edilməsin. Axı, bu abidələr bu ölkə ərazisindədir, yəni bizimdir, onun daşı-kərpici də heç yerə daşınan deyil, o zaman sıradan çıxmasına da imkan verməməliyik və milli sərvətimiz kimi qorumalıyıq. Necə olur ki, dövlət tərəfindən xarici ölkələrdə yeni kilsələrin, digər dini mərkəzlərin inşasına, köhnələrin əsaslı restavrasiyasına külli miqdarda vəsait ayrılır, amma ölkə ərazisində bunu etmək “unudulur”. Cəmiyyət olaraq buna laqeyd qalmağımız əlbət ki, acı təəssüf hissi doğurur. Ümid edək ki, bu məsələ dövlət tərəfindən nəzarətə götürülərək tezliklə öz müsbət həllini tapacaqdır.

Söz gəlişi: Ruslar öz gəlişi ilə həm də fərqli mədəniyyət gətirdilər: sadə həyət evləri, orta hündürlüklü taxta çəpərlər, geniş və rahat küçələr, kanalizasiya xətləri və s. İndi demək olar ki, bunlar da sıradan çıxmaqdadır. Yerli əhalinin buraya köçü əvvəlki “ab-havanı” büsbütün dəyişməkdədir: hündür daş hasarlar, yöndəmsiz evlər, darısqal küçələr... geriyə dönüşü mümkünsüz edir.

Vasif Hüseynov


Xəbər 5381 dəfə oxunub.




23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +