Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


03.12.2022  14:30 

Axirət aləmi – Bərzəx





A+  A-

Bu yazımızda oxuculara bərzəx aləmi ilə bağlı bilgi verməyə çalışacağıq. İlk öncə qeyd edək ki, “bərzəx” sözünün lüğəti mənası “pərdə” deməkdir, yəni iki şeyin arasında dayanıb onların qovuşmasına mane olan pərdə. Buna “Qurani-kərimdən əyani bir misal çəkək: “Şor və şirin sular bir yerdə hərəkətdə olsalar da, Allah onların arasında elə bir maneə qərar vermişdir ki, heç biri digərini apara bilməsin” (54/19). Adi mənada bu maneəyə bərzəx deyilir. Əslində isə, bərzəx Allahın dünya və axirət arasında yaratdığı aləmdir.

Bərzəx aləmi yaşadığımız maddi dünyadan tam fərqlidir. Orada bu dünyanın zərurətlərindən olan baş ağrısı, diş ağrısı və s. bu kimi əzablar yoxdur. Maddi olmayan (mücərrəd) bərzəx aləmi axirət kimi də deyil, yəni burada günahkar üçün mütləq zülmət, həmçinin əməlisalehlər üçün mütləq nur yoxdur.

Yəqin ki, oxucuları bərzəx aləmindəki müddət də maraqlandıra bilər. Burada “həyat” (imamlardan birinin dediyi kimi), ölüm saatından başlayaraq Qiyamət günü qəbirdən ayağa qalxanadəkdir. “Muminin” surəsində Allah-Təala “qiyamətədək bərzəxdir”,- buyurub.

Onu da vurğulayaq ki, bərzəx çox vaxt “ikinci dünya” adlandırılır. İndi yaşadığımız aləmin oxşarlığına görə, bərzəxə “misali aləm” də deyilir. Təbii ki, oxşarlıq zahiri formaya görədir, maddilik və digər xüsusiyyətlərə görə isə tamam fərqlidir. İnsan öldükdən sonra elə bir aləmə daxil olur ki, bu dünya ona nisbətdə ana bətnini xatırladır.

Bərzəxdə olan bədən də misali bədəndir, yəni formaca bu dünyadakı bədənin eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir və ona maneə olası, qarşısı alınacaq bir şey yoxdur. Qərar tutduğu nöqtədə hər şeyi görür, daha doğrusu, onun üçün divarın bu və ya o biri tərəfi yoxdur. İmam Sadiq (ə) buyurub: “Misali bədəni görsəniz, “elə həmin dünyavi bədəndir”,- deyərsiniz. Əgər, vəfat etmiş adamı yuxuda görsəniz, həmin dünyavi bədəndə müşahidə edərsiniz, hansı ki, onun maddi cismi qəbirdədir. Gördüyünüz misali bədəndir”.

Bərzəx bədəninin bugünkü bədən gözlərimiz şəklində gözləri vardır. Amma bu gözlərin piyi olmadığından göz ağrısı da yoxdur. Bu gözlər Qiyamətədək görür, həm də yaxşı görür və dünyadakı gözlər kimi zəifləyib eynəyə möhtac olmur.
Hikmət sahibləri və ilahiyyat alimləri iki şərt daxilində bərzəx bədənini güzgüyə düşmüş surətəoxşatmışlar: birincisi, o, güzgüdə yox, öz zatı əsasında dayanır, ikincisi isə onun dərki, şüuru vardır...

Onun oxşarı yuxudakı şəxsdir ki, bir göz qırpımında uzun məsafələri ötüb gedə bilir. İslama görə, o aləmdə (bərzəxdə) növbənöv yeməli, içməli nemətlər və gözəl surətlər vardır ki, rular həmin misali bədənlə sadaladıqlarımızdan faydalanmaq iqtidarındadır. Bu haqda Quranın 2-ci surəsinin 16-cı ayəsində göstərişlər yer alır.

Amma bir daha başa düşməliyik ki, o aləmin bütün nemətləri maddi yox, lətifdir. Rəvayətlərdə deyilir ki, vahid bir şey möminin istəyi ilə müxtəlif növlərə çevrilə bilər və s. Peyğəmbərimizdən belə bir hədis rəvayət olunur: “Yuxuda əmim Həmzəni gördüm. Qarşısında behişt meyvələrindən bir tabaq vardı və o, həmin meyvələrdən yeyirdi. Birdən onun istəyi ilə nar üzümə döndü, üzümdən yedi. Yenidən üzüm xurmaya çevrildi...”.

Bərzəx aləminin yaşadığımız bu fani dünyadan üstünlüklərindən biri və ən əsası orada təsir gücünün böyüklüyü ilə bağlıdır. Yəni dərk edən və dərk olunan lətif (qeyri-maddi) olduqca, idrak da güclənir. Aydın olan bir həqiqəti dərk etməliyik ki, dünyadakı meyvələr və sairlərdən aldığımız ləzzət bərzəx aləmində olanların bir damlasıdır. Yəni, bütün deyilənlərin əsli bərzəx(də)dir. Onu da diqqətinizə çatdırırıq ki, bərzəx aləmində təsir gücü, təsir qüvvəsi bu dünyadakı təsirlərlə müqayisə oluna bilməz.

Bərzəxdə nemət və əzab ruha aid olsa da, bəzən ruhun qüvvəsindən bədən də təsirdə olur. Bəzən də ruhun həyat qüvvəsindən qəbirdəki bədən uzun illər ötsə də çürümür. Sübut üçün çoxsaylı misallar çəkmək olar.

Bir çoxları haqlı olaraq, “bu genişlikdə olan bərzəx aləmi harda yerləşir”,- deyə sual edirlər. Cavab olaraq deyə bilərik ki, əqlimiz bunu dərk etmək iqtidarında deyildir. Sadəcə, onu deyə bilərik ki, bərzəx aləmi bu dünyadan (bizim qalaktikadan) qeybdədir.
Qurani-kərimin zikr edilmiş ayələrini və digər ayələri düşündükcə aydın olur ki, insan ruhu cisimdən tamamilə fərqli olan həqiqətdir. İsbat olunmuş həqiqət budur ki, ruh maddə və şüur vasitəsilə bədəni idarə edir. Yəni insanın şəxsiyyəti bədənlə deyil, ruhladır. Demək, şəxsiyyət bioloji ölümlə aradan getmir və insanın əzaları ilə birgə çürümür.

Gerçək olan bir həqiqət bundan ibarətdir ki, ölümdən sonra ruhun qərar tutduğu məkan bərzəx aləmidir. Həmçinin, bərzəx aləmi də cənnət və cəhənnəmin əlamətlərini özündə əks etdirən “gözləmə məntəqəsi”dir ki, lətif bədən forması almış ruhlar Allahın hökmü ilə qiyamətə qədər burada qərar tutacaqdır. Yəni, günahkarlar bərzəx cəhənnəmində, bunların əksi olanlar isə buranın cənnətində qiyamət saatını gözləyəcəklər.

Göründüyü kimi, ölüm haqdır, ölümdən sonrakı həyat - məad da haqdır. O səbəbdən də axirətimiz xeyirli olsun deyə, daim xeyirli işlərə can atmağa çalışmalıyıq.

V.Hüseynov
XəzərNews



Xəbər 4167 dəfə oxunub.




23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +