Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


13.11.2020  19:46 

Ermənistanın vurduğu zərərə görə işçi qrupu yaradıldı





A+  A-

Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb və fəaliyyətə başlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin 2020-ci il 06 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı”na əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirilməsi məqsədilə Dövlət Komissiyasının noyabrın 09-da ilk iclası keçirilib.

Noyabrın 12-də Azərbaycan Respublikasının Baş Naziri Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən 3 qrup yaradılıb:

- Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu;

- Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Buraya daxildir: İqtisadiyyat nazirinin müavini, Fövqəladə Hallar nazirninin müavini, Baş Prokurorun müavini, Kənd təsərrüfatı nazirliyinin, ASAN xidmətin nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri;

- Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Koordinasiya qrupuna tapşırılıb ki, dövlət orqanlarının (qurumlarının) işlərinin əlaqələndirilməsi təşkil və təmin edilsin, həyata keçirilən tədbirlər üzrə analitik təhlillər aparılsın, statistik hesabatlar hazırlansın, görülən işlər barədə mütəmadi olaraq Komissiyaya məlumat verilsin.

İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək Komissiyaya təqdim edəcəklər.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin etsinlər və aradan qaldırılması üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 1-dək Komissiyaya təqdim etsinlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etsin.

Xatırladırıq ki, 27 sentyabrdan sonra Ermənistanın təcavüzü nəticəsində təqribən 3 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib.

Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.

Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətləri də prosesə cəlb olunacaq.

Eyni zamanda dəymiş ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərin də cəlb olunması istiqamətində XİN tərəfindən iş aparılır.

Xarici işlər Nazirliyi Prezidentin Sərəncamından irəli gələn tapşırığa əsasən vurulmuş “ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair məlumatlarla beynəlxalq institutları təmin edəcək və bu istiqamətdə iş aparılır.

Xəbər 2446 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +