Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


07.11.2020  16:48 

Oqtay Gülalıyev sabah Bakıya gətirilir





A+  A-

Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən sabah Bakıya gətirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Xatırladaq ki, aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.

Hadisədən sonra ailəsinin etdiyi müraciət nəzərə alınaraq, Oqtay Gülalıyevin Bakıdakı müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xaricdən əlavə mütəxəssislər də cəlb edilmişdir. Daha sonra ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında ayrılmış xüsusi ambulans təyyarə ilə İstanbula aparılmış, burada Fondun maliyyə dəstəyi ilə Avrasiya və Amerikan xəstəxanalarında müvafiq əməliyyatlar həyata keçirilmiş və müalicə kursu təşkil edilib.

Qeyd edək ki, Firuzə Gülalıyeva 14 sentyabr 2020-ci il tarixində Heydər Əliyev Fonduna müraciət edərək Oqtay Gülalıyevin Türkiyədəki müalicəsi üçün Fond tərəfindən ayrılan maliyyə yardımından imtina etdiyini bildirmişdir. 31 oktyabr tarixində yenidən Heydər Əliyev Fonduna müraciət edən Firuzə Gülalıyeva imtina etdiyi müddət ərzində Oqtay Gülalıyevin Türkiyədə müalicəsi ilə əlaqədar yaranan xəstəxana xərclərinin Fond tərəfindən ödənilməsini və onun Bakıya gətirilməsinin təşkil olunmasını xahiş edib.

Həkimlərin rəyinə əsasən, Oqtay Gülalıyevin müalicəsi bundan sonra ev şəraitində davam etdirilə bilər. Bir il ərzində Oqtay Gülalıyevin müalicəsinə təşkilati və maliyyə yardımı göstərən Heydər Əliyev Fondu Oqtay Gülalıyevin Bakıda evində müalicəsinin təşkili üçün müvafiq şəraitin yaradılmasına da köməklik edib.

Xəbər 2670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +