Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


17.03.2020  10:35 

Koronavirusa yoluxduğunu gizlədənləri 1 il həbs gözləyir





A+  A-

“İranda koronavirusa yoluxduğunu gizlədən şəxslər bir il müddətinə azadlıqdan məhrum olunacaq”.
XəzərNews.az xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin Cinayətlərin qarşısının alınması və sosial məsələlər üzrə idarədə təhlükəsizliyinin təmini üzrə bölmənin baş direktoru Rza Məsudifər deyib.

O, koronavirus epidemiyasının qarşısının alınmasına dair tövsiyələrə əməl olunmamasını ümumxalq sağlamlığa təhlükə olduğunu və bunu edənlərin cəzalandırılacağını bildirib.

Kütləvi yığıncaqlarda epidemiyanın yayılma ehtimalının çox olduğunu deyən R.Məsudifər bildirib ki, sərgilər, satış yarmarkaları və mağazalar virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görməsələr, həmçinin Səhiyyə Nazirliyinin gösətrişlərinə əməl etməsələr, Tehran Tibb Universiteti və Səhiyyə Nazirliyinin şikayəti əsasında həmin müəssisə və mağazalara qarşı cəmiyyətdə kütləvi sağlamlığa təhlükə ittihamı ila cinayət işi açılacaq.

Göstəriş və qaydaları pozanlar İslami Cəza Qanununun 688-ci maddəsi ilə cəzalandırılacaqlar.

Xəbər 1758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +