İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


03.07.2020  10:12 

“Maskanın qiyməti aşağı salınsa, daha yaxşı olar”





A+  A-

Respublikanın baş infeksionisti Cəlal İsayev maskaların qiymətinin aşağı salınmasıyla bağlı müvafiq qurumlara müraciət edib.
XəzərNews.az xəbər verir ki, C.İsayev AzTV-nin efirində bildirib ki, bəzi insanlar deyir ki, maska almağa o qədər pulu yoxdur: "Çünki gündəlik ən azı beş dəfə maska dəyişməli olursan. Bu bəzi insanların maddi durumuna təsir edə bilər. Ona görə mən müvafiq qurumlara müraciət edirəm ki, maskanın qiyməti aşağı salınsa daha yaxşı olar”.

C.İsayev əlavə edib ki, cərimələrin ikiqat, beşqat olmasının elə bir önəmi yoxdur:

"Maska taxmağa nəzarət lazımdır. Hamımız supermarketlərə gedirik. Mənzərəni görürük. Gənclərin çoxu maska taxmır. Onlara irad tutanda cibindən çıxarıb maskanı taxır. Supermarketlərin rəhbərləri iki nəfər nəzarətçi ayıra bilər və içəri girən insanların hamısından maska taxmasını tələb edə bilər. Yaxud da marketə gələn hər bir adama pulsuz maska paylaya bilərlər".

Xəbər 2076 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +