İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


05.05.2018  12:57 

“Bu gün o sütun uçdu” - Rasim Balayev





A+  A-

Xəbər verdiyimiz kimi, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Fuad Poladov bu gün səhər saatlarında vəfat edib. Mərhum sənətkarla vida mərasimi hazırda evində keçirilir.
XəzərNews.az xəbər verir ki, onunla vidalaşmaq üçün evinə üz tutanlar arasında sənət dostları, tələbələri, pərəstişkarları olub. Mərasimdə iştirak edənlər arasında Fuad Poladovun sənət dostu xalq artisti Rasim Balayev də var.

Aktyor jurnalistlərin suallarını cavablandıran zaman yaxın dostunu itirdiyini və bu haqda danışmaqğa çətinlik çəkdiyini bildirib:

“Bu gün mənim üçün danışmaq çətindir. Həm böyük sənətkarı itirdim, həm də dostumu. Fuad Poladov Azərbaycan teatrının, kinosunun sütunlarından biri idi. Bu gün o sütun uçdu. O, zəhmətkeş bir aktyor idi. Onun yaradıcılığına fikir versəz, həm Azərbaycan, həm də rus teatrında ağlasığmaz zəhmətləri var.

Fuad Poladov şəxsiyyət kimi böyük adam idi. Çox təəssüf ki, sənət aləmində uğura nail olanlar olsa da, şəxsiyyət ola bilənlər çox azdır. Fuad şəxsiyyət idi. Öz işi ilə bəzi ağzıgöyçəklərin cavabını verirdi. Nə deyim, mən bu gün çox pərişanam və onun haqqında heç keçmiş zamanda danışmağa gücüm yoxdur. Gələcək nəsillər və bu sənətlə məşğul olan adamlar Fuad Poladov məktəbindən hələ çox şey öyrənəcək. Allah rəhmət eləsin, ruhu şad olsun.

Qeyd edək ki, F. Poladov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xəbər 2427 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +