Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


28.10.2022  10:57 

Bu küçədə açıq narkotik alveri gedir - Video





A+  A-

Paytaxtın Yasamal rayon sakini Həsənov Mirnağı Mirələkbər oğlu yaşadığı Şamil Əzizbəyov küçəsi 34 ünvanında açıq şəkildə narkotik vasitələrin satışının həyata keçirildiyini deyir.

XəzərNews.az xəbər verir ki, o, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

M.Həsənovun sözlərinə görə, həmin küçədə yaşayan Almaz adlı şəxs açıq şəkildə narkotik vasitələrin satışı ilə məşğuldur:

“Almaz neçə illərdir məhlədə narkotik satır, əməlli-başlı alver gedir. O gün gedib dedim ki, Almaz əmi, burda mənim övladlarım, qardaşımın uşaqları, mənim kimi gör nə qədər insanın övladları böyüyür, narkotiki “saxla”. Dedi ki, "yox, get kimə istəyirsən müraciət elə, nə istəyirsən elə, mən öz işimdəyəm, davam edəcəm". Polisə şikayət etdim apardılar, 2 gün saxladılar, 3-cü gün buraxdılar. Bu gün (27 oktyabr - red.) mən 102-yə yenidən şikayət eləmişəm, deyirlər ki, heç bir əsas olmadı. Dedim bütün bu videolar əsas deyil? Belə dərd olmaz, uşaqlarımızı bayıra buraxa bilmirik”.

M.Həsənov yaşadığı ərazidən çəkdiyi kadrları redaksiyamıza təqdim edib:



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, videodakı ərazi nəzarətə götürülüb, araşdırılır: “Videogörüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Həmin iddialar yoxlanılır. Müvafiq tədbirin görülməsi təmin olunacaq”.

Xəbər 1142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +